Tərəflər güzəştə getmir

 

Bir neçə gündür ki, Rusiya – Ukrayna münasibətlərinə görə bütün dünya gücləri danışıqlar aparmaqdadır. Kimsə yenidən Rusiyanın Ukraynaya hücum etməyəcəyini, kimsə edəcəyini bildirir. Rusiya isə, guya ordusunu yenidən geriyə çəkdiyini bildirir.

Qərb mediası Putinin fevralın 17 – də hücum edəcəyi ilə bağlı planını deyir. Rusiya isə, hər zamankı kimi, inkar edir.
Hər iki tərəfin fikri nədir?.
Rusiya Qərbi Ukraynanın daxili işlərinə qarışmasna görə günahlandırır və NATO-ya üzv olacağından qorxur. Təbii ki, bu, rəsmi Moskva üçün qəbul edilməzdir.

Ukrayna isə, haqlı olaraq Rusiyanı onun torpaqlarını işğal etməkdə günahlandırır və Moskvaya anladır ki, mən azad, suveren ölkəyəm, istədiyimi edə bilərəm.

Gördüyünüz kimi, heç kim güzəştə getmək istəmir və hər iki ölkə arasında əlaqələr pisləşir. Diplomatiyanın da uğursuzluğu bölgədə müharibəyə yol açır.
Aldığımız xəbərə görə Rusiyanın işğal etdiyi ərazilərdən, rusmeyilli separatçılar Ukrayna ordusuna atəş açmışlar. İtki olmasa da, müəyyən dağıntılar olmuşdur. Bu dəqiqlərdə Luqansk bölgəsində atəş və ağır artilleriya səsləri eşidilməkdədir.

Gərginliklə bağlı ATƏT-in Minsk qrupu təcili toplantı keçirəcəkdir.
Əgər Rusiya və Ukrayna arasında müharibə başlasa, rəsmi Kremlin itkisi böyük olacaqdır. Qərb Putinə və Rusiyaya qarşı dağıdıcı sanksiyalar hazırladığını bildirmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın