Təklif: Qazilər məvacibsiz, könüllü işləməlidirlər

MM-in üzvü, xalq arasında nüfuzu olmayan, imkan olduqca xalqı aşağılamağı özünə borc bilən, millətin vəkili kimi seçilib xalqı düşünməyən Aqil Abbas, sosial şəbəkələrdə haqlı olaraq etiraz edən qazilərə səslənib.O, 44 günlük Qarabağ döyüşündə şücaət göstərmiş qaziləri, Qarabağda könüllü və təmənnasız işləməyə dəvət edib. Açıqlamasında, müharibədə sağlamlığını itirmiş əsgərlərimizə, könüllü olaraq iştirak etmiş hərbçilərimizə müavinətsiz işləməyi və məvacib gözləmədən çalışmalarını təklif edir.Öncədən qeyd edim ki, parlament üzvü Aqil Abbasın oğlu Binəqədi rayonunda 7-ci polis bölməsində rəis işləyir. Təbii ki,ön cəbhədə nə könüllü, nə də çağırışçı əsgər kimi iştirak etməyib. İsti otağında rahat kresloda oturaraq,rüşvətindən alaraq öz aləmində güya hakimiyyətə və xalqa xidmət edir.

Aqil Abbasın vəzifəyə, pula, rüşvətə başı o qədər qarışıb ki,sosial şəbəkələrdə yayımlanan qazilərimizin durumundan xəbəri yoxdur.Artıq durum o həddə gəlib çatıb ki, ailəsini dolandıra bilməyən, işsizlikdən əziyyət çəkən, ən əsası, sağlamlığını itirmiş gənclərimiz çıxış yolunu intihar etməkdə və ya Azərbaycan vətəndaşlığından imtina edib,digər ölkələrə üz tutmaqda görürlər.

Səsləndirdiyi fikirlərə görə, razılaşmayan kütlə Aqil Abbasa həm təhqir, həm də suallar ünvanlayıblar. İllərlə MM-də kürsü zəbt edib, xalqa xidmət etməyən büdcə oğruları, yalnız öz çıxarlarını düşünərək hər il maaş artmına etiraz edərək, məvaciblərinin artırılmasını tələb edən MM üzvləri məvacibsiz işləyə bilərlərmi?Aldıqları maaş onlara azlıq edirsə, gənc qazi hərbçilər niyə könüllü çalışaraq məvacibdən imtina etməlidirlər?

Hakimiyyətin və hakimiyyətin təyin etdiyi başı boş bu kimi üzvləri xalqı istismara məruz qoyurlar. Nə prezident, nə də məmurlar xalqın rifahını düşünmür, onlara maraqlı olan yalnız şəxsi maraqları, mənfəətləridir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın