Təklənmiş və talanmış ölkənin qurtuluş yolu.

 

İlham Əliyev erməniləri təkbətək döyüşə çağırır. Bütün dünya mətbuatı da bu populist çıxışı tirajlayır.
Tovuzda baş verən hadisələr göstərdi ki, bizim bir gün də olsun hərbi xidmətdə olmayan Ali baş komandanın ordu quruculuğu haqqında nə bir təsəvvürü, nə də ki, bu hökumətin hərbi konsepsiyası var. İ. Əliyevin “Tovuzdan hərbi təcavüz gözləmidik” deməsi və hər gün atəşə tutulan bölgəni sərhəd qoşunlarını ümidinə buraxması bizə belə deməyə əsas verir. Orduya istifadyə yararsız, köhnə rus silahların alınması, bu zaman milyard dollarla maxinasiyalar, orduda olan özbaşnalıq, hərbi prokurorluq tərəfindən zabitlərimizə, əsgərlərimizə qarşı aparılan çirkin oyunlar və rüşvət alma halları isə tamam başqa bir mövzudur.
İ. Əliyev erməniləri təkbətək döyüşə çağırır və özü də bilir ki, ermeni tək deyil, arxasında Rusiya var.
Bəs biz nə üçün hər tərəfdən düşmənlə əhatə olunmağımıza, 20 faiz torpaqlarımızın işğal olunmasına rəğmən regionda təkik.
Türkiyə və Pakistan kimi ciddi müttəfiqlərimiz olmasına baxmayaraq biz “bloklara qoşulmayan dövlətlər ” qrupundayıq. Bu bir az yumşaq desək xəyanətə bərabər avantürdür.
Türkiyə mətbuatının yazdığına görə Türkiyə və Pakistan bu hərbi birliyi istəyir. Bundan ötrü Azərbaycan hökumətinin də razılığı lazımdır.
Bəs bu birliyə hamıdan çox ehtiyacı olan, bu üçlükdə ən zəif və torpaqları işğal altında olan Azərbaycanın “naz etməsinin” səbəbi nədir?
Məncə bu səbəblər aşağıdakılardır:
– psixoloji cəhətdən İ. Əliyev özünü hələ də müstəqil dövlətin başçısı kimi yox, Rusiyanın vassalı kimi hiss etməsi;
– Rusiya ilə silah alış – verişi zamanı olan maxinasiyalar.
– orduda olan Rusiya agentlərini real qüvvəyə çevrilməsi və onların Rusiyanın göstərişi ilə hər an İ. Əliyev hakimiyyəti üçün təhlükə yaratmaq ehtimalı;
– bəlkə də ən əsası, hakimiyyətin anti milli olması və xalq tərəfindən seçilmədiyi üçün ictimai dayaqlarının olmaması.
Göründüyü kimi,problemlər hamısı rejimin şəxsi maraqları üzərindən yaranmışdır və bu hakimiyyət özü Azərbaycanda ən böyük problemə çevrilmişdir.
Tovuz hadisələri cəmiyyətimiz üçün ciddi bir həyəcan siqnalı olmalıdır və İ. Əliyevin bir neçə populist çıxış ilə ört basdır edilə bilməz.
Hər kəs və hamı hökuməti dərhal Türkiyə və Pakistan ilə hərbi birliyin yaradılmasına təkidlə çağırmalıdır.
Yalnız o zaman biz NATO nun ikinci ən güclü dövləti olan Türkiyə və nüvə silahı olan Pakistan kimi müttəfiq qazanarıq. Beləliklə həm ərazi bütövlüyümüzü təmin edərik, həm də Ermənistanı təkbətək döyüşə çağırmağa da ehtiyac qalmaz. Hamı da regionda öz yerini bilər.

Şahin Sirvanlı

Bunu paylaş: