Təhsilimizi məhv edən ” Millət Vəkilləri “.

Milli Məclisin deputatı Tamama Cəfərova bildirmişdir ki, İlham Əliyevin siyasəti nəticəsində təhsilimiz inkişaf etməkdədir və keyfiyyətcə yeni müstəviyə qədəm qoyur.. Təhsil sisteminə 7 milyon ayrılması buna bir sübutdur. Tamama xanıma bildirmək istərdik ki, Azərbaycan təhsil sistemi dünyada ən bərbad sistemlərdən biridir. Bizim gənc nəslimiz rüşvətin üzərində yetişir .Tamama xanım çox gözəl anlıyır ki, Azərbaycanda millətə biliyi pulla satırlar və bu vəziyyətdə hansı inkişafdan danışırsınız?Bugünkü Azərbaycan gəncliyi təhsil cəhətdən şikəst inkişaf edir. Buna misal olaraq Azərbaycan təhsil diplomlarının ölkədən kənarda heç bir ölkə tərəfindən tanınmamasıdır. Bütün bunların səbəbkarları, xalqın gəncliyini məhv edən hakimiyyətdir.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: