Təhqirin kökünü hakimiyyətdə axtarmaq lazımdır

 

Hörmətli oxucular, son vaxtlar Azərbaycan prezidenti İlham Əliyev və onun hakimiyyətinə artan narazılğı görməkdəyik. Bəzi müxalif qüvvələrin Azərbaycan prezidenti İlham Əliyev və vitse – prezident Mehriban Əliyevanın ünvanına tənqidi yox, təhqiri yanaşmalarından söhbət edəcəyik. Təbii ki, bizlər ölkə liderinə qarşı təhqiri yanaşmanın əleyhinəyik. Lakin hakimiyyət də hər işdə xalqı günahkar çıxartmaqdan yayınmalıdır. Hər kəs bilir ki, məmurlar və yaxınları, polislər, ədliyyə, məhkəmə və.s kimi dövlət qurumları sıravi vətəndaşlarımızı necə təhqir edir .Bu, reallıqdır, əsas məsələyə isə indi başlayırıq;
Söhbət “AzerFreedom TV”- nin rəhbəri Məmmədli Quraban Cəlal oğlundan gedir. Son zamanlar “AzerFreedom” -un efirinə gələn qonaqların Qurban Məmmədliyə qarşı müəmmalı irad bildirməsi çox gülüncdür. – Güya “Qurban bəy efirdə təhqirlərə yol verir”.

Təbii ki, “AzerFreedom” efirinə dəvət olunan hər kəsə bizim ayrıca hörmətimiz vardır, bu öz yerində. Lakin indiki veziyyətdə dəfələrlə hakimiyyət tərəfindən qanunsuz həbs edilən,
ölkədən didərgin salınan,
evi qanunsuz sökülərək ailə üzvlərinin, körpələri ilə birlikdə küçədə qalan,
indiyə kimi təqib olunan Qurban Məmmədli və “Azerfreedom” ailəsidir.

Belə olduğu halda, özünüz qiymət verin, bir insana bu, təhqir deyilmi?
Burda məsələ tam başqadır: Getdikcə güclənən və xalq arasında rəğbət qazanan “AzerFreedom ” və “Azərbaycan Xalq Hərəkatı” İlham Əliyevi və hakimiyyətini narahat etməyə bilməzdi. Bu vəziyyətdən qorxuya düşən hakimiyyət “AzerFreedom” ailəsi və AXH -yə qarşı yeni qarayaxma kampaniyasına start vermişdir. Məqsədləri bizləri həmin “söyüş söyən” -lə bir səviyyədə tutaraq xalqa təqdim etməkdir.

Bununla da “AzerFreedom” ailəsi və AXH -ni xalqın gözündən salmaqdır. Lakin unudurlar ki, təhqirin mənbəyini hakimiyyətdə axtarmaq lazımdır. Xalq arasında belə bir deyim var: “Nə atarsan aşına, o çıxar qaşığına”.

Mikayıl Əsədov.

 

 

Bunu paylaş: