Təbrik və həbs

 

Mart ayının 8-də Beynəlxalq Qadınlar Günündə, bir qrup feminist qadın Bakının mərkəzində aksiya keçirmək istəmişdir. Hərzamankı kimi Azərbaycan polisi qadın bayramında da aksiyanı sərt şəkildə dağıtdı. 8 Mart mitinqində Azərbaycan hakimiyyəti xalqa qadınlar günü hədiyyəsi olaraq, 16 qadını həbs etmişdir. Feminist qadınların keçirmək isdədiklər aksiyanın məqsədi “Qadına Şiddətə son” qoyulmasını tələb etmək idi. Aksiya iştiraçılarının mitinqdə əllərində tutduqları kağız plokatlar polis tərəfindən alınaraq məhv edilmişdir.

Aldığımız daha bir xəbərə əsasən polis aksiyada iştirak edən qadınlara şiddət göstərməkdən belə çəkinməmişdir. Azərbaycan polisi, hətta bu mitinqi işıqlandıran qadın jurnalistə belə şiddət göstərmişdir. Nəticədə qadın jurnalistin çəkiliş cihazı və jurnalist vəsiqəsi əlindən alınmışdır. Həmin mitinqdə iştirak edənlərin bəziləri azadlığa buraxılsa da, çox təəssüf ki, tutulan bəzi qadın aktivistlərin harada saxlanıldığı məlum deyil.


Maraqlısı budur ki, niyə hakimiyyət bir necə qadının mitinq keçirməsindən bu qədər qorxur. Axı burda siyasi bir tələb yoxdur. Sadəcə, sosial həyatlarındakı şiddətə son verilməsini istəyirlər. Bu da İlham Əliyev və hakimiyyətinin 8 Mart Beynəlxalq Qadınlar Günündə Azərbaycan qadınlarına verdiyi “hədiyyədir”.

Mikayıl Əsədov.

Bunu paylaş: