“TƏRTƏR”Ə ƏDALƏT!

 

28 İl Vətən, Torpaq, Yurd həsrətilə alışıb – yandı bu millət…

Etiraf edək ki, bu illər ərzində özümüzə nifrət etdiyimiz də çox oldu, Millət olmağımızdan bədgüman olmağımız da…

Sanki 1-ci Qarabağ savaşında 20 min civarında qəhrəman övladını Vətən yolunda Şəhid verməmişdi bu xalq…
Düşmənin Tovuz təxribatı “bardağı daşıran son damla” oldu.
Vətənin qeyrətli, qəhrəman övladları başda general-mayor Polad HƏŞİMOV olmaqla, daha 11 hərbi qulluqçumuzun düşmənin xaincəsinə qətliamına məruz qalaraq Şəhid olması Azərbaycanı təlatümə gətirdi.
Bu, tufanqabağı təlatüm idi…
.. Və o Tufan sentyabrın 27 – də səhər saatlarında başlandı.. 44 gün davam etdi…
Bu “44 gün” də dünya Nələr gördü;
Şirin-şaqraq gülüşlərlə, qol götürüb rəqs edərək cəbhəyə yola düşən gənclərimizi,..
28 ilin acısını səsinə hopduraraq düşmən üzərinə fövqəladə qəhrəmanlıqla şığıyan Azərbaycan Aslanlarını,..
ŞƏHİD övladını: “Südüm sənə halal olsun”,- deyib qarşılayan Əsgər Anasını,..
ŞƏHİD qardaşını dəfn edib, Şəhid həyat yoldaşını son mənzilə çiynində götürən Azərbaycan xanımını,..
Ömrünün son anları olduğunu dərk edən və təsvirəgəlməz acını böyük iradə və mətanətlə qarşılayıb: “Vətən sağ olsun”,- deyən Azərbaycan Əsgərini, ..
Gecənin zülmətində dağlara, qayalara dırmaşaraq sadəcə qol-bilək gücünə Şuşanı xilas edən qeyrətli Azərbaycan oğullarını…
II Qarabağ savaşında 3 minə yaxın Can itirməyin qarşılığında işğal edilmiş torpaqlarımızın böyük hissənin azad edilməsinin qürurunu yaşarkən Qorxunc, damarlarda qan donduran Tərtər hadisələrindən xəbərdar olduq. Eşitdiklərim və gördüklərim (zərərçəkmişlərdən) qarşılığında bir insan olaraq özümdən şübhə etdim: əcaba, mən doğrumu görürəm, doğrumu eşidirəm?!.
İdrakım yerindəmi?!.
Bu nədir; faciəmi, fəlakətmi, işgəncəmi, qətliammı?!

Yox!, Bu deyilənlərin çox-çox ötəsində olan bir Vəhşətdir! İnsanlıq dramıdir!..
Mənim qəhrəman Əsgərimin düşmənə pul müqabilində satıldığı iddiası ilə heç bir sübut dəlil olmadan, şərlənərək amansız, dünyada anoloqu olmayan işgəncə maşınından keçirilməsi, öldürülməsi, şikəst edilməsi, bir sözlə – həyatlarının dondurulması, məhv edilməsi içimizdəki düşməndən daha çox müdafiə olunmaq məsələsinin nə qədər ciddi olduğunu qandırdı bizlərə.
Aylardır zərərçəkmişlərin qan donduran etiraflarını eşidir və sual edirəm:”Bunu bir İnsan övladı edə bilərmi ?!”,- deyə…
Bir azərbaycanlı, həmvətənini, Torpaq keşiyində duran Ləyaqətli Əsgərini nədən bu qədər məşəqqətli, ikrah doğuran, nəinki insana, heyvana belə rəva görülməyən işgəncə metodlarına məruz qoymaq istər ki…(?! )
Bu hansı Ruh halıdır?!.
Nəyin Kinidir?!.
Yaxud, Nəyin Öcüdür?!.
Araşdırılmalı, mütləqa araşdırılmalı…(!!!)
Tərtər hadisələri ilə əlaqədar hələ də bu hadisələrə “səbrlə” yanaşan siyasilər, partiya sədrləri, özünə “ekspert” deyənlərə:
— Allah səbrinizi kəssin, deyirəm!..
Tərtər hadisələri bir Əsgərin, yaxud ailəsinin Qüruru, Faciəsi, İtkisi deyil. (!)
Müzəffər Azərbaycan Ordusuna olunan xəyanət, bütövlükdə Xalqa, Dövlətə olan xəyanətdir!
Ordumuza vurulmaq istənən ləkə bizi xalq olaraq dərindən yaralamış və xəyal qırıqlığına uğratmışdır.
Tezliklə baiskarlar layiqli cəzalarını almalı.(!!!)
Dövlətimizin, Millətimizin onurğa sütunu, heç şübhə etmədən Vətən Qeyrətini, Namusunu manət etdiyimiz Azərbaycan Ordusuna uzanan namərd əllər kəsilməli.(!!!)
Ey , Azərbaycan Əsgərinin ləyaqətinə, Qüruruna, Şərəfinə qənim kəsilən Xain!
Deyil Vətən torpağı üzərində gəzmək, Ölmək belə Sənə haram haram… (!!!)

Təranə Əhmədova.

Bunu paylaş:

Bir cavab yazın