Türkmənistan və Azərbaycanın yaxınlaşması kimləri qıcıqlandırır?

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib. Görüş zamanı hər iki ölkə arasında münasibətlərin gələcək inkişafı barədə müzakirələr olmuşdur. Hər iki ölkənin lideri Xəzər dənizində yerləşən “Dostluq” yatağının birgə işlənilməsi barəsində memorandum imzalamışdır.


Xəzər dənizi 5 dövlət arasına bölünməmişdən əvvəl Azərbaycan -Türkmənistan münasibətləri çox soyuq idi. Bu soyuqluğu Rusiyanın hər iki ölkənin arasında yaratmaqda məqsədi gələcəkdə Azərbaycan – Türkmənistan yaxınlaşmasına mane olmaq idi. Lakin Türkdilli dövlət başçılarrının görüşləri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və keçmiş Qazaxıstan lideri Nursultan Nazarbayevin köməyi ilə Türkmənistan Azərbaycan münasibətləri normallaşmağa başladı.

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovun görüşünün əsasən iki siyasi məqsədi vardır:
Birincisi, hər iki ölkənin xalqı eyni millət – “oğuz” kökənli olduğundan bu xalqlar arasında gələcəkdə sıx əlaqələrin qurulmasıdır. Sovetlər Birliyi zamanı çoxlu sayda türkmən Azərbaycana sürgün edilmişdir ,eyni qədər də azərbaycanlı Türkmənistana sürgün edilmişdir. Əsas səbəb yeni nəsilləri gələcəkdə “türk kökənli” adı altında birləşdirməkdir.


İkinci əsas məsələ isə Türkmənistan qazını Azərbaycan kəmərləri ilə Avropaya nəql edərək, qaz həcmini böyütməkdir. Türkmənistan dünyada qaz ehtiyatı çox olan ölkələrdən biri sayılır. Avropanın Rusiyaya tətbiq etdiyi bəzi sanksiyalar üzündən Avropanın bizim qaz kəmərlərimizə böyük ehtiyacı vardır. Xatırladaq ki, Azərbaycanın “Socar” şirkəti bir müddət əvvəl Türkmənistan qazının nəqlini tenderde qazanaraq, Rusiya və İranı oyundan kənar vəziyyətə saldı.

Mikayıl Əsədov.

Bunu paylaş: