Türkmənistan və Azərbaycanın oxşar cəhətləri

Hörmətli xalqımız,  bu gün sizlərə Oğuz elinin eyni soyundan olan, Azərbaycan və Türkmənistan barəsində oxşar cəhətləri bildirəcəyik. Deyə bilərik ki, bizi əsrlər boyu  Xəzər dənizi ayırsa da, bu günə qədər xarakter cəhətdən heç bir dəyişiklik olmamışdır.

İlk öncə qeyd edək ki, hər iki dövlətin təbii sərvəti həddindən çox olsa da, hər iki dövlət diktatura sistemi ilə idarə olunduğundan, xalqın gəlirləri hakimiyyət tərəfindən mənimsənilir. Lakin  Türkmənistanda Azərbaycandan fərqli olaraq, yaşayış tərzi yüksəkdir. Ən azından dövlətin  xalqa verdiyi təmənnasız yardımlar buna bir sübutdur.

İdarə etmə sistemi isə, demək olar eynidir. Atadan oğula keçən hakimiyyət, üstəlik də hər iki ölkənin hakimiyyətinin Kremlə bağlılığı, demokratiya və insan haqlarının olmaması buna bir sübutdur.

Bəli xalq olaraq isə, susmağımız lap yerinə düşür. Amma Azərbaycandan fərqli olaraq Türkmənistanda məmurların özlərini ölkə sahibi kimi aparmaqlarının şahidi ola bilmərik. Orada bir avtoritet vardır, o da Qurbanqulu Berdıməhəmmədov və onun oğlu Sərdar.

Azərbaycanda isə, hər yerindən duran məmur və onların yaxınları xalqa ağalıq etməkdədirlər. Təbii ki, hər iki ölkədə korrupsiyaya, rüşvətxorluq vardır, lakin Türkmənistanın payı burada çox cüzidir. Nə qədər bizimlə eyni millət olsalar belə, orada hakimiyyət öz xalqına az da olsa hörmət etməkdədir.

Bəli,  bu gün az da olsa eyni çoğrafiyaya, eyni kökə malik olan Türkmənistan və Azərbaycan arasında olan fərqi gördük. Şəxsən mənim üçün Türkmənistan qapalı dövlət olsa da, bəzi hallarda Azərbaycanı üstələyir. Amma yenə də hər iki dövlət Kremlə bağlı diktatura sistemi ilə idarə olunmaqdadır. Üstəlik də xalqları susqunluğu bərabər düşüncəli olduğunu bir daha sübut edir. Lakin yaşayış və dövlət qayğısına görə isə, Türkmənistan Azərbaycanı qat – qat qabaqlayır. Ən azından Qurbanqulu Berdıməhəmmədov xalqın sərvətinin bir qismini onlara ayırmaqdadır.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın