Türkiyəyə gedirik, Azal imkan versə…

 

Aprelin 1-dən etibarən Azərbaycan vətəndaşları yeni şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə turist kimi səyahət edə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günədəkdir.
Əzizlərim, aldığım məlumata əsasən, vizasız gediş, sadəcə təyyarə ilə gediş üçün nəzərdə tutulub. Sərnişin daşıyan avtobusla Türkiyəyə getmək istəyənlər isə mütləq şəkildə xarici pasportunu götürməlidir. Vətəndaşlar Azərbaycan-Gürcüstan yolundan istifadə etdikləri üçün digər ölkənin ərazisindən keçdikləri səbəbindən qanunlara əməl edilməlidirlər. Yaxşı olar ki, həmvətənlərimiz işlərini ehtiyatlı tutsunlar və sənədlərini özləri ilə bərabər götürsünlər.


Keçək əsas problemə; Bu mövzuya toxunmaqla sizlərə, Azərbaycan hava yollarının qiymətlərindən söhbət açmaq istərdik. AZAL-ın rəhbəri, gözü doymayan, aeroportu özəlləşdirən, ayrılan vəsaitləri artıqlaması ilə mənimsəyən Cahangir Əsgərov biletlərə elə qiymətlər qoyub ki, insanlar Türkiyəyə getməyi yüz dəfə düşünməlidirlər. Gözüac, qiymətləri o qədər yüksək tənzimləyib ki, heç Naxçıvan ərazisindən təyyarə ilə istifadə edərək gedib -gəlmək mümkün deyil. Türkiyəyə səyahətə gedib gəlmək niyyətində olanlar AZAL-dan məcburən istifadə etməli olurlar.

Bu səbəbdən də Cahangir Əsgərov qiymətləri od qiymətinə xalqa sırıyır. Görəsən, nə zaman qiymətləri hazırlayan AZAL-ın sədri, gediş – gəliş qiymətləri barədə açıqlama verəcəkdir?
Ümid edirik ki, hakimiyyət bir tədbir görəcək, “AZAL CAHANGİR”, qiymətləri azaldıb, sərfəli qiymət tarifləri ilə əhaliyə satacaqdır, bu, sadəcə ümiddir.
Maraqlısı isə – təyin olunan tarix aprelin 1-nə təsadüfənmi, yoxsa bilərəkdənmi salınıb?

Rəşad Şıxəliyev.

Bunu paylaş: