Türkiyənin yeni uğuru

 

Hörmətli oxucular, qardaş Türkiyədən sevindirici xəbərlər gəlməkdə davam edir. Türkiyə ilk dəfə olaraq 12 illik əziyyətindən sonra yeni 5- ci nəsil “Pilotsuz Hücum Təyyarəsi” ni təqdim etdi. “Bayraktar” şirkətinin istehsal edəcəyi bu hücum təyyarəsi, gələcəkdə 5+ səviyyəsinə qaldırılacaqdır. Hələlik PHT-nın normativləri sirr olaraq qalmaqdadır. Aldığımız daha bir xəbərə əsasən, bu təyyarələrin bütün silah və sursatları yerli texnologiya üzərində hazırlanmaqdadır. Yəni ehtiyat hissələrindən tutmuş, silah avadanlığına kimi, Türkiyə istehsalı olacaqdır.

 

“Bayraktar” şirkətinin rəhbəri Səlcuq Bayraktar, bu təyyarə barəsində öz fikirlərini bölüşmüşdür. “Muharip İnsansız Uçak Sistemi” adını verdiyi təyyarənin, gəmi üzərinə qalxıb – enmək və havada döyüş təyyarələrini məhv etmək qabiliyyətini də söyləmişdir. O, bildirmişdir ki, “MİUS” – lar eyni qrupa aid olan digər təyyarələrdən daha üstün olacaqdır. Səlcuq Bayraktar onu da qeyd etmişdir ki, “MİUS” “PHT” 2023 – cü ildə ordu sıralarına təhvil veriləcəkdir. Türkiyə PUA – ların gücü ilə, dünyada lider ölkələrdən biri olduğunu bir daha sübut etdi.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın