Türkiyənin yeni “TF-X” döyüş təyyarələri dünyanı qorxuya salıb

 

Hörmətli oxucular, son vaxtlar Türkiyənin hərbi sənayesinin inkişafından sizlərə xəbər vermişdik. Daha bir xəbər isə Türkiyənin yeni döyüş təyyarələrinin istehsalına başlamasını, sizlərə müjdə vermək istərdik. “TF-X” döyüş təyyarəsinin müsbət cəhətləri saymaqla bitməyir. Bu döyüş təyyarələri, Amerikanın “F -22″ və” F-35 “döyüş təyyarələrinin funksiyaları bazasında hazırlanması nəzərdə tutulur. Türkiyə Müdafiə Nazirliyinin yaydığı xəbərə əsasən, 5 -ci nəsil döyüş təyyarələrinin 2025 -ci ildə istehsalına başlanması nəzərdə tutulur.

Bu döyüş təyyarələrinin özəl xüsusiyyətləri nədən ibarətdir?
1) “TF-X “yerli Türkiyə istehsalı olacaqdır.
2)Bombardman və hücum funksiyalarını yerinə yetirəcəkdir.
3) Radardan yayınma cihazları ilə təmin ediləcəkdir.
4) Silahı gövdəsinin içində daşıyacaqdır.
5) Yüksək manevrli və yüksək sürətli olacaqdır.
Bəzi məlumatları gizli saxlanıldığından çox funksiyaları hələ də ictimaiyyətə məlum deyildir. Hətta bəzi məlumatlara görə “Nüvə” başlıqlı raket daşımaq qabiliyyətinə malikdir.
Türkiyənin yerli istehsalı olan “TF-X” döyüş silahı bombardmançı və hücumçu funksiyasını yerinə yetirməklə dünyada ilkə imza atmış olacaqdır.

Rusiya Türkiyəyə bu təyyarəni birgə istehsal etmələri üçün artıq ikinci dəfə təklif göndərmişdir. Hətta bu iş birliyinin əvəzində Rusiya Türkiyəyə rus istehsalı olan ” Su -35 “və “Su -57 ” təyyarələrini təklif etmişdir.
Türkiyə bununla dünyada yerli silah istehsalına görə, lider dövlətlərin birinə çevrilməkdədir.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə müttəfiqi olan Amerika ilə “F-35 “hücum təyyarələrinin alınmasına dair müqavilə imzalasa da, Rusiyadan aldığı “S -400” hava hücumundan müdafiə sistemlərinə görə, bu müqavilə havada qalmalı oldu.

Mikayıl Əsədov.

 

Bunu paylaş: