Türkiyənin yeni “Lazer” silahı

 

Hörmətli oxucular, sizlərə mütəmadi olaraq Türkiyənin Silah Sənayesinin inkişafından xəbər verməkdəyik. Türkiyənin güclənməsi türk ölkələrinin və NATO-nun güclənməsi deməkdir.
Bu dəfə isə söhbət açdığımız Türkiyənin yeni “Lazer” silahı olacaqdır. “Roketsan” şirkəti Yönəlmiş Enerji Silah sistemini təqdim etdi. ALKA adlı lazer silahı, Pilotsuz Uçuş Aparatlarının yaxın və uzaq mənzildə düşmən hücumunu dəf etməyə qadirdir. Gələn ilin əvvəllərində Türkiyə Müdafiə Nazirliyinin səlahətlərinə keçən ALKA silahı uğurla sınaqlardan keçmişdir.
Bu tip silahlar, dünyada yalnız Amerika, Çin, Rusiya, Almaniya, İsraildə anlaşsa da, bəzi ölkələr hələlik bu silahın təcrübəsi ilə məşgüldur.

Türkiyə Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, gələn ilin sonlarında ALKA lazer qurğuları, döyüş gəmiləri və hücum təyyarələri üçün də istifadəyə veriləcəkdir. Beləliklə, göstəriciləri yüksək qiymətləndirilən ALKA lazer silahı qısa müddətdə hədəfi tapıb məhv etmək gücünə malikdir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın