Türkiyənin yeni hava hücumundan müdafiə sistemləri, “S-400” və “Patriot”lardan güclü olacaq

 

Türkiyənin silah sənayesindən sizlərə daim xəbər veririk. Bu dəfə Türkiyə “SİPER” adlı uzun mənzilli yeni hava hücumundan müdafiə sistemlərini təqdim etdi. Türkiyə prezidentinin yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir qeyd edib ki, yeni silah sistemlərinin testləri uğurla həyata keçirilmişdir. O, qeyd etmişdir ki, “SİPER”-lər 5 modifikasiyada 2023 – cü ildə Türkiyə ordusunun istifadəsinə təqdim ediləcəkdir.

Araşdırmalarımız onu göstərir ki, Türkiyənin yeni silahı “Patriotlar” və “S-400” lərin bazalarının ən yüksək texnologiyalarının əsasında hazırlanmışdır. Yəni hər iki hava hücumundan müdafiə sistemlərinin ən yaxşı funksiyaları “SİPER “- lərdə birləşdirilmişdir. Deyə bilərik ki, Türkiyə bundan sonra öz hava sərhədlərini yerli istehsallı silahla qoruyacaqdır. Belə olduğu halda, siyasi cəhətdən başqa ölkədən asılı vəziyyətdə olmayacaqdır. Görünür, Türkiyəyə tətbiq edilən sanksiyalar işə yaradı.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın