Türkiyənin vasitəçiliyi ilə, Rusiya və Ukrayna arasında sülhə Qərb imkan verməz

Demək olar ki,  Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti 6 aya yaxındır ki,  davam edir. Düzünü desək,  bu müharibədə uduzan tərəfin yalnız və yalnız hələlik  Rusiya olduğunu desək,  yanılmarıq. Bu döyüşdə dünya silah bazarında, iqtisadiyyatında rusların geriləməsinin şahidi olduq. Ukraynaya bütün dünya maddi, hərbi və mənəvi dəstək olduğu bir zamanda Rusiyada bunun əksini görürük. Dövlət büdcəsindən müharibəyə israf edilən pullar onu göstərir ki,  Rusiyanın Ukrayna ilə müharibəni uzunmüddətli aparmasına gücü yoxdur.
Görünür,  Putin də özünü sındırmaq istəmir. Ərdoğan isə vəziyyəti gözəl anlayır və bu səbəbdən Putin və Zelenski arasında sülhün olması üçün çalışır.

Avqustun 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri baş tutmuşdur. Səfərin nə səbəbdən olduğu açıqlanmasa da, Türkiyənin məqsədi Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə müharibəni dialoqa çevirməkdir. Demək olar ki,  bütün dünyanın gözü Zelenski, Ərdoğan və BMT – nin Baş katibi Antonio Quttereşdə olacaqdır. Zelenski də anlayır ki,  Rusiya ilə razılığa gəlmək lazımdır,  yoxsa Zaporojye AES hər an partladıla bilər.

Məsələ burasındadır ki,  Ukraynaya Qərb bunun icazəsini verəcəkmi?
Bilirik ki,  müharibənin uzanmasında Avropa və Amerika maraqlıdır. Bu gün onlar üçün Ukrayna kartından istifadə etməklə Rusiyanın iqtisadiyyatını çökdürmək önəmlidir. Ukrayna da anlayır ki,  bu müharibədə onun maraqları deyil,  Qərbin maraqları üstün tutulur. Lakin digər tərəfdən də Ukraynanın Qərblə əməkdaşlıq etməkdən başqa çıxış yolu yoxdur.

Bu gün Quttereş, Ərdoğan, Zelenski görüşü çox ağır keçəcəkdir. Ən yaxşı nəticə bu ola bilər ki, müharibənin getdiyi bir vaxtda Ukraynadakı AES – lər BMT – nin sülhməramlıları tərəfindən qoruna bilər. Ukrayna görüşündə sülhün əldə olunmasına bəzi qüvvələrin maneələr yaradacağı aydın görünür. Hələlik ən önəmli məsələ AES – lərin neytral ərazi kimi elan edilməsi olacaqdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın