Türkiyənin Suriyadakı yeni anti-terror əməliyyatlarına Rusiya və Amerikadan münasibət

Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik toplantısı keçirərək, Suriyanın şimalında terror təşkilatlarına qarşı yenidən mübarizəyə başlayacaqlarını elan etdi. Türkiyə liderinin sözlərindən sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrov da bu əməliyyatlara görə rəsmi Ankaraya dəstək nümayiş etdirdi.

Bilirik ki, qardaş ölkə İraqın şimalında terrorçulara qarşı əməliyyatları davam etdirməkdədir. Lakin İraqdan fərqli olaraq, Suriyadakı nəzərdə tutulan əməliyyat zonası Amerikanın dəstək verdiyi bir neçə qruplaşmaların olduğu yerdir. Təbii ki, rəsmi Vaşinqton Ərdoğanın bu qərarından çox narahatdır. Ən azından Amerikanın orada öz çıxarları və maraqları vardır.

İndi isə qayıdaq Rusiyaın bu qərarına. Rəsmi Moskvanın Türkiyəyə bu qədər dəstək verməsinin siyasi baxışları olduğunu sizlərə aydınlaşdırmaq istərdik.

Bilirik ki, son zamanlar Amerika və Türkiyənin arasında münasibətlər çox gərgindir. Nə qədər müttəfiq olsalar belə, bölgədəki sükanı Vaşinqton Ankaraya buraxmaq istəmir. Bunun siyasi əhəmiyyəti olduğu kimi, dini əhəmiyyəti də vardır.

Bu gün Rusiyanın atdığı addım Amerika və Türkiyəni Suriyada toqquşdurmaq üçündür. Ən azından Rusiya gözləyir ki, hər iki müttəfiq arasında anlaşılmazlıq və gərginlik yenidən artacaqdır. Bununla Rusiya Türkiyəni Qərbdən qoparacaq və ən azı 50 faiz Avropanın ordu gücünü zəiflədəcəkdir.
Hələlik Putinin siyasətinin əsas məqsədi budur ki, Türkiyəni NATO-dan ayırsın və Qərblə gərginlik içində saxlasın.

Sonda qeyd etmək istərdik ki, Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğanın kiməsə boyun əyməyini gözləmək mənasızdır. Hər iki tərəf nə fikirləşdiyinə baxmayaraq, rəsmi Ankara öz siyasi xətti ilə hərəkət etməkdədir. Etirazlar olsa da, olmasa da Türkiyə öz hədəfinə çatmaq üçün hər şey edəcəkdir. Necə ki, bunu apardığı siyasətində illərdir ki, görürük.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın