Türkiyənin PUA və SİHA mütəxəssislərinə sui-qəsdlər hazırlanır?

 

Bir neçə gün bundan əvvəl Türkiyənin “Baykar” sirkətiin mühəndisi, PUA və SİHA-ların performans və analiz komanda lideri olan Tarix Kesekçi, müəmmalı şəkildə avtomobil qəzasında ölmüşdür. Bununla bağlı Türkiyə hüquq mühafizə orqanları araşdırmalara başlamışdır. Bəziləri isə, Tarix Kesekçinin sui-qəsd nəticəsində öldürüldüyünü və Türkiyəyə bir mesaj olduğunu vurğulamaqdadır. PUA və SİHA mühəndisinin ölümündə, xarici xüsusi xidmət orqanlarının əli olduğu istisna edilmir.

İndiki prezident Rəcəb Tayyib Ərdoğandan əvvəlki prezidentlərin zamanında, Türkiyənin elm adamları və mühüm işlər üzrə mütəxəssislər, fizika və kimya elmləri doktorları sui-qəsd nəticəsində öldürülür və yaxud da xarici ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına düşürdü.

Son zamanlar, sürətlə inkişaf edən Türkiyənin silah sənayesi, görünür, kimlərisə narahat etməyə başlamışdır. Bu səbəbdən Türkiyənin güclənməsini dayandırmaq üçün, sui-qəsd törətməyə başlamışlar.
Fikir verdinizsə, bölgədə, bir neçə zamandır ki, İranın da başına bu cür oyun gəlməkdədir. İran hökuməti sui-qəsd nəticəsində son 6 ildə, 12 yüksək rütbəli mütəxəssisini itirmişdir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın