Türkiyənin Ermənistana qarşı yeni siyasi addımı

Türkiyə Ermənistan sərhəddinə ordu yığır, bu səbəbdən rəsmi İrəvan təşvişdədir. Son günlərdə ermənilərin vahiməli yuxusuna çevrilən bir vəziyyətdir. Ermənistan hələ də anlamir ki, onların sonda tək çıxış yolu və xilaskari Türkiyədir. İşğalçı Ermənistan genetik olaraq öz yalançı, təxribatçı miflərinə son verməlidir.Son zamanlar Ermənistanın durumu hər bir erməninin içində Rusiyaya nifrət yaratmışdır. Azərbaycanla bağlanan Qarabağ muqaviləsindən sonra Türkiyə Ermənistanla sərhədləri açaraq, gediş gəlişi təmin etməyi fikirləşir. Əlaqələrin açılması və ermənilərin Türkiyəyə sərbəst gəlməsi bir tərəfdən də ekonomik blokadadan çıxmaq deməkdir. Hal-hazirda Türkiyədə 300 mindən çox erməni vətəndaşı yaşayır. Bu siyasi durum, demək olar ki, Ermənistanın Rusiyanın əlaltılığından çıxmasının ən yaxşı yolu olacaq. Ermənilər isə geci tezi vassal olmaqdan imtina edərək, Türkiyə və Azərbaycana üz tutacaqlar. Gələcəkdə hətta rus hərbi bazalarının Gümrüdən çıxarılması tələb ediləcəkdir. Həmin zaman isə rus aqressiyasından qorunmaq üçün Türkiyəyə ehtiyac olacaqdır. Necə ki, bunu indiki vaxta kimi Gürcüstan edir.

Mikayıl Əsədov.

 

Bunu paylaş: