Türkiyəni ittiham edən Qərb mediası niyə Fransanın bu addımına göz yumur

Qərb mediası hər dəfə Türkiyəni Rusiya və İranla əməkdaşlıq etməkdə günahlandırır. Onlar bunun səbəblərin açıqlamasalar da, ortada qərəzli mövqeyin olduğu görünür. Bilirik ki, Türkiyə NATO-nu tərkibində Amerika və Avropa ölkələri ilə müttəfiqlik edir. Lakin rəsmi Ankara dara düşən kimi və yaxud ölkəsinə lazım olan bir şey istəyən kimi, Qərbin mütəfəkkir amilləri yaddan çıxır.

Onların Türkiyəyə qarşı apardığı siyasət bir tərəfdən asılı, digər tərəfdən isə nəzarətdə saxlamaq siyasətidir. Bir sözlə, Türkiyəni inkişaf etməyə qoymamaq və təzyiq-təsir altında onunla müttəfiqlik etməkdir.
Təbii ki, rəsmi Ankara dəfələrlə Amerika və Avropa ölkələrindən özünə lazım olan şeylər istəsə də, qarşı tərəflərdən yox cavabı almışdır. Bu da Türkiyənin alternativ yol axtarması üçün zəmin yaratmışdır.

Bu günlər Tehranda keçirilən Türkiyə, İran və Rusiya görüşünə görə Qərb ölkələri Rəcəb Tayyib Ərdoğanı ittiham etmişlər. Onlar NATO ölkəsinin İran və Rusiya ilə birlikdə olduğunu həzm edə bilmirlər. Düzünü desək, Rəcəb Tayyib Ərdoğanın apardığı siyasətin kimliyə yox, dövlət marağına əsaslandığını deyə bilərik. Qərbin də Türkiyəni ittiham etməsi əbəsdir.

Bilirik ki, Türkiyə Suriyanın şimalında anti-terror əməliyyatları başlatmaq istəyir və Tehran görüşünün məqsədi də bundan ibarət idi. Buna görə Rəcəb Tayyib Ərdoğanı hədəfə alan Qərb niyə Fransa prezidenti Emmanuel Makrona səssiz qalır?

Makron və Rəisi arasında baş tutan telefon görüşündən sonra NATO dövləti olan Fransa İrana tam dəstək nümayiş etdirdi. Makron da elan etdi ki, Türkiyənin Suriyadakı anti-terror əməliyyatlarına qarşıdır və bu işdə İranı dəstəkləyir.

Bu gün görünən odur ki, Türkiyənin Rusiya, İran kimi NATO-da da dostu yoxdur. Bəlkə də kim bilir, bölgədə baş verən müharibələrin əsas hədəfi Türkiyədir. Qardaş ölkə Tehran görüşünə görə qınansa da, Fransanın açıq dəstəyinə görə Qərb susmağı üstün tutmuşdur. Bu gün dünyada reallıq budur ki, heç kimə güclü, qüdrətli böyük Türkiyə lazım deyil.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın