Türkiyən “Akıncı” ları Ukraynaya versə, vəziyyət 360 dərəcə dəyişəcək

İki aydan çoxdur ki, Rusiya Ukrayna ərazilərinin daha bir parçasını işğal etmək istəyir. Nədənsə, Putinin planlarının düz getmədiyini görürük. Bilirik ki, bütün dünya, ən əsası Qərb ölkələri Ukraynaya hərbi yardımlar etməkdədir, o cümlədən də Türkiyə. Maraqlısı budur ki, bütün Alyans ölkələri Ukraynaya silah versələr də, dünyanın diqqəti yenə də “Bayraktar “- TB2 Pilotsuz Uçuş Aparatlarındadır. Digər tərəfdən, dünya ölkələri də Ukraynaya PUA-larını göndərməkdədir. Yenə də bütün dünya Türkiyə PUA-larından danışır.

Fikir versək, “Bayraktar” PUA-ları xüsusi əməliyyatlarda və Rusiya hərbi texnikalarını neytrallaşdırmaqda böyük üstünlüyə malikdir.

Rusiya tərəfi dəfələrlə Ukraynaya satdığı 6 “Bayraktar” TB2 PUA-larına görə Türkiyə tərəfinə etirazlar etmişdir. Çünki bu pualar müharibənin gedişatında öz məharətlərini qətiyyətlə göstərməkdədir.
Bu gün toxunduğumuz məsələ isə, başqadır. Əgər Türkiyə “Akıncı” PUA-larını Ukraynaya versə, bölgədə nəyin baş verəcəyini demək çətin olacaqdır.
Təsəvvür edirsinizmi? “Akıncı” PUA-ları Ukrayna səmasındadır. Bu zaman rus ordusunun nəinki qaçmağa, edəlcə də gizlənməyə belə vaxtı qalmazdı. “Akıncı” PUA-larının “Bayraktar”lardan dəfələrlə üstün olduğunu da bildirmək istərdim. Onun müasir silahla belə vurmaq çətindir.

Bilirik ki, Türkiyə rəhbərliyi Ukraynaya hərtərəfli yardım etməkdədir. Əgər “Akıncı”lar Ukrayna ordusunun səlahiyyətlərinə verilsə, Rusiyanın məğlubiyyəti qaçılmaz olacaqdır. İnanırıq ki, Türkiyə Ukraynaya daha bir yardım əli uzadaraq “Akıncı” PUA-larını rəsmi şəkildə onlara verəçəkdir.
Bir daha qeyd edim ki, Ukrayna müharibəsini aparıcı güçü “Bayraktar” lar olsada, Rusiyanın sonunu gətirən isə “Akınçı”lar ola bilər. Hazırda Türkiyə İraqın şimalında” Akıncı” PUA-larını terrorçulara qarşı məharətlə istifadə etməkdədir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın