Türkiyədən geopolitik gediş

Qarabağ öz tarixi və həqiqi sahiblərinə qovuşaraq dünyada həm geopolitik ,həm də siyasi güc meydana çıxartdı. Artıq 30 ilə yaxındır ki, ATƏT-in Minsk qrupunun bacarmadığı işi mənəvi və hüquqi dəstəklə Türkiyə dəyişdirdi.Qardaş Türkiyə Rusiya, Fransa və Amerika ilə üz -üzə duraraq Fransanı 5-ci sıraya düşürdü. Bu vəziyyətdə Fransa və Amerika Azərbaycanda öz mövqelərini itirməyə başladılar.
Bəs niyə Rusiyanın əl -qolu bağlı qaldı ?
Burda iki fikir var: birincisi, Türkiyə qüdrətli bir ölkə olduğu üçün.Putin bunu çox gözəl anlayır ki, Ərdoğan Amerika və Avropanın təzyiqlərindən qorxan birisi olmadığını dəfələrlə göstərmişdir.
İkincisi ,Putin gözəl anlayır ki, Belarusiya ruslar üçün Avropaya son çıxış qapısı kimi bağlandığından ümid yalnız Türkiyədir. Rusiyanın Avropaya tək çıxış yolunun isə Qara Dəniz vasitəsi ilə olduğu artıq hər kəsə bəllidir. Dünya Türkiyənin gücünü Suriyada, Liviyada, Afrikada və.s gördüyü üçün bu addımı atmaq istəmir. Artıq dünyada güclü dövlətlər Türkiyə,Rusiya ,Amerika və Çindir və bu bir reallıqdır. Dünyada tək bir Türkiyə var ki, bir neçə cəbhədə Rusiya və Amerika ilə kəllə -kəlləyə durur.

Mikayıl Əsədov.

Bunu paylaş: