Türkiyə və Rusiya prezdentləri arasında telefon danışığı olmuşdur.

Bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putin qardaş ölkəmizin prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişdir. Söhbət zamanı Putin münaqişənin ATƏT-in Minsk qrupu tərəfindən tənzimlənməsini söyləmişdir. Hörmətli Ərdoğan Minsk qrupunun artıq 30 ildir bir işə yaramadığını və işğalçı Ermənistan ordusunun dərhal Azərbaycan torpaqlarından çıxmasını tələb etmişdir. Bu vəziyyətdə qardaş Türkiyə prezident Putinə bir daha Azərbaycanın torpaqlarına ballistik raketlərlə işğalçı Ermənistan ərazisindən hücumlar olduğunu xatırlatmışdır. Artıq Azərbaycanın əlində dəqiq sübutlar olduğu üçün bu hücumlara cavab vermək haqqının da olduğunu söyləmişdir. İşğalçı Ermənistanın ancaq bir yolu var-Azərbaycan ərazilərindən dərhal çıxmaq.

Rəşad Şıxəliyev.

Bunu paylaş: