Türkiyə və Azərbaycan istehsalı olan “Göksungur”, dünyanı qorxuya salıb

Müdafiə Sənayesi Nazirliyinin məlumatına əsasən, Azərbaycan yeni Pilotsuz Ucuş Aparatlarının istehsalına başlayacaqdır. Türkiyə ilə birlikdə istehsal olunacaq yeni zərbə PUA-ları dünyada ən yaxşılardan olacaqdır. “Göksungur” PUA-ları səsdən sürətli olacaqdır və saatda 1600 km sürətlə hərəkət edəcəkdir. Bütün dünyanı lərzəyə gətirən bu PUA-lar F-16 qrıcılarından olan “Bozdoğan” və “Gökdoğan” raket sistemləri ilə təchiz ediləcəkdir.

“Göksungur”- ün havada qalmaq müddəti 50 saata yaxın olacaqdır. Saymaqla bitməyən bu PUA-ların daha bir özəlliyi 12 km hündürlükdə və 750 kq -dan çox yük götürmə qabiliyyətindədir. Bu PUA-lar Türkiyənin yerli istehsalıdır və mükəmməl manevr xarakterinə malikdir. “Göksungur” PUA-ları Amerikanın F-16 qırıcıları ilə eyni xarakterə malik və daha da manevrli
olacaqdır.

Bu PUA-larda olan elektron maqnit sistemləri, radartutma sistemlərindən məharətlə yayınmağa imkan verəcəkdir. 2023 -cu ildə istehsalına başlaması nəzərdə tutulmuşdur. Artıq dünya ölkələri “Göksungur” -la yaxından maraqlanmağa başlamışlar.

Mikayıl Əsədov.

Bunu paylaş: