Türkiyə Ukraynaya yeni silah satır

 

Türkiyənin silah bazarı dünya çapında getdikcə genişlənməkdədir. Ukrayna, Türkiyə istehsalı olan PUA-ları aldıqdan sonra, daha bir silahın Türkiyədən alınmasına qərar verib. Ukraynanın Türkiyədən almaq istədiyi “Korkut” silahı yaxın məsafəli hava müdafiə sistemidir.

“Korkut” silahı Aselsan sirkəti tərəfindən hazırlanmışdır və NATO standartlarına cavab verir. Bu silah yaxın məsafədə uçan PUA – lar, helikopter və s kimi təhlükələrin öhdəsindən məharətlə gəlməkdədir. Nəzərə alsaq ki, Ukrayna Rusiyanın işğalından əziyyət çəkdiyi səbəbdən, ordusunun hərbi texnika bazasını müasirləşdirməyə qərar verib.
Ukrayna mətbuatının verdiyi xəbərə görə, yaxın vaxta Kiyev Ankaradan daha yeni silahlar almaq fikrindədir. Bunlardan biri də “Akıncı” PUA-sıdır deyə naşir bildirib.

Bir neçə gün sonra isə Ukraynada keçiriləcək “Silah və Təhlükəsizlik” sərgisi zamanı, Ankara və Kiyev arasında müqavilə imzalanması nəzərdə tutulur.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın