Türkiyə silah bazarında Rusiyanı sıxışdırdı

Beynəlxalq araşdırma inistitutları və təşkilatlarının hesablamalarına görə Ermənistan 44 günlük Qarabağ müharibəsi zamanı itirdiyi texnikaların dəyəri 5 milyard ABŞ dolları dəyərindədir. Bu döyüşlərdə Azərbaycan ordusunun NATO standartlarına uyğun hazırlığı və müasir texnikası öz sözünü dedi. Təbii, Qarabağ döyüşlərində rəşadətli ordumuzun döyüş qabiliyyəti, yəni NATO standartlarının köhnəlmiş Rus standartlarından üstünlüyünü göstərdi. Türkiyə və İsrail istehsalı olan silahları bu döyüşlərdə Rusiya silahlarının zibilliyə atılmasına məcbur etdi. Əsasən də Türk PUA-nın rus hərbi müdafiə sistemlərini dünyanın gözü qarşısında məhv etməyi, şimal qonşularımızın silah bazarında reytinqinin düşməsinə öz təsirin göstərdi. Rusiya istesalı olan (S 300) hava hücumundan müdafiə sistemləri, dünyada ən güvənli müdafiə sistemlərindən biri hesab edilirdi. Lakin Türkiyə silahları problemsiz şəkildə  (S300) – ri göz qırpımında məhv etdi.

Aldığımız məlumatlara görə Rusiyanın silah bazarı 50 faiz geriləyib. Bu isə dünyada rus silahlarının illik satış dəyərinə görə 400 milyard dollar deməkdir. Türkiyənin Müdafiə Nazirliyinin verdiyi məlumata görə 2021 -ci ilə verilən silah sifarişlərinin dəyəri 70 faiz artıb. Son bir neçə ildə Türkiyə hərbi sənayesi inkişaf dövrünə qədəm qoymuşdur və bu günkü gün Rusiya kimi hərbi sənayesi olan bir dövləti yalnız PUA-ı ilə çökdürmüşdür.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: