Türkiyə – Rusiya prezidentlərinin Soçi görüşləri və ilkin mülahizələr

 

29 sentyabrda Soçidə Türkiyə və Rusiya prezidentləri arasında ikitərəfli və təkbətək görüş keçirilib.

Görüşdə ilk öncə, tərəflər bir – birinə ötən dövr ərzində aralarında olan xoş, anlaşılan fəaliyyətlərə görə təşəkkür etmişlər. Buraya, Türkiyədə olan yanğınlar zamanı Rusiyanın yardımı, Rusiyanın Türkiyə üçün tikdiyi Akkuyu atom elektrik stansiyasının vəziyyətdən, Rusiyadan Türkiyəyə gələn turistlərin sayının COVİD 19 ilə əlaqədar azalmasından və s. danışdılar.
Bundan əlavə, son günlər Suriyada Rusiya ilə Türkiyə arasında gərginliyin artması məsələsi gündəliyə gətirilib. Bu, Türkiyə üçün çox vacibdir. Çünki son zamanlar Amerika və Türkiyə arasında gərginlik xeyli artmışdır və Türkiyə prezidenti BMT – nin Baş Assambleyasında çıxış etmək üçün Amerikada olarkən Amerika prezidenti tərəfindən qəbul edilməmişdir. Bu isə Ağ dənizdə Amerika və Fransanın öz hərbi gəmilərinin artırması və qeyri – şərtsiz Yunastanı müdafiə etməsi, zəngin karbohidrogen ehtiyatları olan bu bölgədə Türkiyənin təklənməsinə səbəb ola bilərdi. Eyni zamanda, Amerika Suriya da Türkiyə ilə deyil, məhz Rusiya ilə işbirliyinə meyilli görünür. Ümumiyyətlə, çox haylı- küylü anti – Rusiya ritorikası ilə hakimiyyətə gələn Co Bayden, hələ ki, başqa Amerika prezidentlərinə nisbətən daha çox ruspərəst siyasət aparır.
Görüşün giriş hissəsində Qarabağ məsələsinə də toxunulub. Putin Ağdamda olan müşahidə məntəqələrinin fəaliyyətini (?) yüksək qiymətləndirib.

Sonrakı görüş bağlı qapı arxasında keçirilib. Bu gün məlum olur ki, bir sıra iqtisadi və siyasi məsələlərin həlli üçün xüsusi komissiyanın yaradılması haqqında razılıq əldə olunub. Bura, S – 400 – lərin yeni partiyasının alınması, kosmanavtika sahəsində əməkdaşlıq ( hətta türk kosmanavtatın hazırlanması və kosmosa uçuşunun Rusiya tərəfindən təşkil olunması) və s. aiddir.
Hər halda, Soçi görüşü Türkiyə, Azərbaycan və Rusiya dövlətləri üçün faydalı hesab oluna bilər.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın