Türkiyə ora niyə qoşun yeritmədi… deyənlər

 

 

Qazaxıstanda baş verən məlum hadisələrdən (Rusiyanın Qazaxıstana təcavüzü) sonra bir çoxları heç özləridə bilmədən digər, məlum, qonşu dövlətlərin təbliğatına uyaraq Türkiyənin əleyhinə iş aparır, iradlar səsləndirir, hətta az qalırlar ki Türkiyəni xəyanətdə ittiham etsinlər. Ay nə bilim Türkiyə niyə gəlmədi, Türkiyə niyə demədi, Türkiyə ora niyə qoşun yeritmədi və sairə. Türkiyəyə irad tutanlar, siz nə vaxt öz xalqınız arasında onların türk olması barədə təbliğat apardınız ki (Türkdilli xalqların əksəriyyəti hələ özlərinin türk olduğunu anlamır, 34 faizi öz uşağına digər bir dildə təhsil verir, digər 50-60 faizi heç öz ana dilini bilmir, digər bir dildə danışır və sairə) hələ bir Türkiyəni də qınayırsınız? Siz nə vaxt öz diktatorlarınıza qarşı öz uca səsinizi ucaltdınız ki hələ bir Türkiyəni də qınayırsınız? Türkçülük bir yana, siz nə vaxt Türkiyəni köməyə çağırdınız ki (Hakimiyyət və ya xalq səviyyəsində) Türkiyə sizə kömək etmədi? Kiminsə təbliğatına uyub öz oturduğunuz budağı öz əlinizlə kəsməyin. Xalq arasında Türkiyəyə qarşı etibarsızlıq, nifrət hissi yaratmayın! Düşmənlər də elə bunu istəyir, bunu gözləyirlər. Gözləyir ki sən tamamilə təklənəsən və səni tamamilə məhv etsinlər.

P.S. Unutmayaq ki Türkiyə həmişə bacardığı qədər kömək edib və edəcək, bacardığı qədər… Unutmayaq ki Türkiyənin nüvə silahı yoxdur (güclü Ordusu olsa belə), unutmayaq ki Türkiyə elə də güclü bir iqtisadiyyata malik deyil (neft, qaz və sairə), unutmayaq ki Türkiyənin öz daxili problemləri var ( əvvəl daxil sonra xaric). Bunları unutmayaq.

İbrahim Azəri.

Bunu paylaş:

Bir cavab yazın