Türkiyə NATO-su yaranır? 2-ci hissə

Bir zamanlar İsraildən həzər-minnətlə aldığı və çox zaman da düz-əməlli işləməyən İHA (İnsansız Hava Aracı), SİHA ( Silahlı İnsansız Hava Aracı)-ları bu gün daha keyfiyyətlisini Türkiyə özü istehsal edir. Gələn xəbərlərə görə Türkiyə bu günlərdə öz nüvə silahının olduğunu da dünyaya bəyan etməlidir. Belə görünür ki, artıq NATO kimi birliklərin zamanının sona yetdiyini görən Türkiyə, regional hərbi-siyasi birliklərin yaradılmasına üstünlük verəcək. Sosial şəbəkələrdə axır vaxtlar çox dolaşan ,,Turan birliyi” ideyası da bu misildəndir. Əslində ilk öncə Türkiyə, Azərbaycan, Pakistan arasında yaranan bu birliyə qısa müddətdən sonra Ukrayna, Gürcüstan, prespektivdə isə Moldova, Orta Asiya türk respublikaları da daxil ola bilər. Bu yolda ən böyük əngəl Rusiya ola bilər. Lakin Rusiyanı ,,şirnikləndirmək” üçün ona da müşahidəçi statusu vermək olar. Belə olan hallarda hətta Rusiyada olan 22 türk respublikalarına da təsir etmək imkanı yaranır. Həm də regionda (Çinə qarşı) və dünyada hamının hesablaşmalı olduğu bir gücə çevrilmək olar. Məhz əsasını və özəyini türklər təşkil etdiyi üçün bu ,,orkestrdə birinci skripkaçı” həmişə Türkiyə olacağı gözləniləndir. Bizim üçün isə -demək olar ki, ,,NATO” qapımızı döyər.

İmza; Şahin Şirvanlı

Bunu paylaş: