Türkiyə NATO-su yaranır? 1-ci hissə

Hələ bir neçə il əvvəl Türkiyə Rusiyanın hərbi təyyarəsini vuran zaman NATO daxilində olan ziddiyyətlər və gərginlik meydana çıxdı.
İkinci Dünya müharibəsindən sonra SSRİ-yə qarşı yaradılan Şimali Atlantika Bloku Avropada ən güclü müttəfiqi olan Türkiyəni Türk-Rus qarşıdurmasında demək olar ki, yalnız buraxdı. Amerika özünün Türkiyənin Incirlik hərbi bazasında olan Patriot havadan müdafiə sistemini geri apardı. Avropa isə Lüksemburqun (heç ordusu yoxdur) dili ilə Türkiyəni bir NATO üzvü kimi müdafiə etməyəcəklərini bəyan etdi.
Əslində Türkiyə bu xristian blokunda həmişə özünə qarşı qısqanclıq hiss edib və Avropa heç vaxt güclü Türkiyə görmək istəməyib. Yəni Türkiyə öz pulu ilə Amerika istehsalı olan Patriot havadan müdafiə sistemi ala bilməyib.
Tramp Amerikada prezident seçildikdən sonra NATO- nun xərclərinin ədalətli bölünməyi təklif etdi. Belə ki, əvvəllər Amerika NATO- nun xərclərinin 70 – 75% nin ödəyirdi. Həm də Avropanın müdafiə sistemi çox zəifdir. Məsələn, Almaniyanın hərbi texnikasının 65% dən çoxu yararsız vəziyyətdədir.
Rusiyanın Krımı ilhaqı Avropa üçün “soyuq duş” oldu və Avropa Rusiyanın aqressiyasına tək başına Amerikasız, Türkiyəsiz hazırdır deyildi.
Bundan əlavə, başda Fransa olmaqla bir sıra Avropa ölkələrinin Afrikada, Suriyada, Liviyada, Ağ dənizdə maraqları toqquşması yarandı. Beləliklə, Makronun dediyi kimi NATO bu gün “beyin ölümü” keçirir.
Bu gün faktiki olaraq bütün Avropa ölkələri “hərə öz başının çarəsini qılsın” prinsipi ilə işləyir.
Əslində Avropanın çoxdan arzuladığı “Türkiyəsiz NATO” ideyası bu gün reallıqdır.
Son illər sayın Ərdoğanın “kəndi göbəyimizi kəndimiz kəsəcəyik”və “pis qonşu məni evli etdi” prinsipi ilə Türkiyə hökuməti yerli və milli hərb sənayesinə böyük investisiya qoymuşdur. ( keçən il 60 milyard dollar).

İmza; Şahin Şirvanlı.

Bunu paylaş: