Türkiyə NATO – da yüksək səlahiyyət aldı

2014 – cildə NATO – nun nəzdində bizim Xüsusi Təyinatlılar kimi bir qrup yaradılmışdır. 4200 nəfərdən ibarət olan bu qrupun əsas vəzifəsi Rusiyanın hərbi təhdidlərinə qarşı NATO – nun tez və professional şəkildə reaksiya verməsidir.
2021- ci ildən həmin qrupa bir il müddətinə Türkiyə başçılıq edəcəkdir. NATO daxilində nə qədər( türk və müsəlman olduqlarına görə )Türkiyəni sevməsələr də, Avropa özünü Rusiyanın hərbi təhdidlərindən müdafiə etmək üçün Türkiyəyə möhtac olduğunu qəbul etməli olub. Avropanın bir sıra ölkələrinin və ABŞ – ın hesabına həmin birlikdə xidmət edən əsgərlərin sayı 6400 nəfərə qədər artırılacaq.
Bu, əlbəttə ki, Türk ordusunun beynəlxalq aləmdə nüfuzunun artmasının nəticəsidir.
Uğurlar, Türkiyəm!

Şahin Sirvanlı

Bunu paylaş: