Türkiyə Misir və İsrail ilə anlaşdı

 

Bir müddət əvvəl Türkiyə və Yunanıstan arasında baş verən gərginlikdən hər birimizin xəbəri vardır. Həmin vaxt Şərqi Aralıq dənizində yaranan problemlər bu vaxta kimi davam etməkdədir. Türkiyənin həmin yerdə təbii qaz yataqlarının axtarışına başlaması qonşu Yunanıstanda bir mənalı qarşılanmamışdır. Orda yerləşən bəzi adaların ona aid olmağını əlində bayraq tutan Yunanıstan Türkiyəni bu məsələdən yayındırmağa çalışmışdır. Xatırlayırsınızsa, həmin gərginlik zamanı Aralıq dənizində pay sahibi olan Misir hökuməti də yunanların müdafiəsinə qalxmışdı.

Bir müddət sonra isə İsrail də bu birliyə qoşularaq Türkiyəyə qarşı çıxmışdı. Burda Misirin Türkiyəyə qarşı çıxması Liviyada “General Haftarın” məğlubiyyətindən sonra baş vermişdir. Səbəb kimi, Haftarı dəstəkləyən Misir hökuməti sanki Türkiyədən qisas almaq fikrində idi.
Lakin Türkiyə və Misirin apardığı gizli danışıqlar nəticəsində soyuqluq aradan qalxmışdır. Hər iki tərəf bir-birinə güzəşt edərək dəniz sullarının bölünməsində və əlaqələrin yaxşılaşdırılmasında razılıq əldə etmişlər.

Daha bir xəbər – Misirdən sonra İsrail də eyniliklə Türkiyə ilə gizli danışıqlara getmiş və həmin görüşdə müsbət naticələr əldə edilmişdir. Bu vəziyyətdən Yunanıstan Türkiyə ilə tək qaldığını anlamağa başlamışdır. Bir neçə gün bundan əvvəl Yunanıstanın bir neçə yüksək rütbəli məmuru Türkiyə ilə dialoqa hazır olduqlarını dilə gətirmişdir. İnanırıq ki, yaxın bir vaxta Türkiyə və Yunanıstan bölgədə sülhün və qonşuluq münasibətinin qorunması üçün dil tapacaqlar. Xatırladaq ki, Türkiyə və Yunanıstan hər ikisi NATO-nun üzvüdür.

Mikayıl Əsədov.

Bunu paylaş: