Türkiyə hərbi bazalarını Azərbaycanda yerləşdirəcək

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər Naziri Mövlud Çavuşoğlunu, Milli Müdafiə Naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib. Səfərin əsas məqsədi Azərbaycanda və işğaldan azad edilən yerlərdə tam olaraq Türkiyə sisteminə keçməkdir. Ordu quruculuğunda dünya liderlərindən olan Türkiyəmizin öz təcrübəsini Azərbaycanla bölüşməyi çox qürur vericidir. Bir əsas məsələ isə Azərbaycan ərazisində artıq Türk Hərbi Bazalarının qurulması vacibliyidir. İnanırıq ki, qısa bir vaxtda işğaldan azad edilən torpaqlarımızda Şanlı Türk Əsgərlərinin Hərbi Bazalarını görəcəyik. Görüş zamanı qardaş Türkiyəmizin nümayəndələri qələbə münasibəti ilə xalqımızı və İlham Əliyevi təbrik etmişdir.Biz də öz adımızdan qardaş Türkiyəmizin hər zaman Azərbaycanın yanında olduğuna görə minnətdarlığımızı bildiririk. Yaşasın „Əbədi Qardaşlıq” Azərbaycan -Türkiyə.

Mikayıl Əsədov.

Bunu paylaş: