Türkiyə – Ermənistan yaxınlaşmasına, Rusiya imkan verəcəkmi?

 

Hörmətli oxucular, bildiyiniz kimi Türkiyə və Ermənistan nümayəndələri Moskva Xarici İşlər Nazirliyində çox mühüm görüş keçirməkdədirlər. Aldığımız xəbərə görə, bu görüşdə üçüncü tərəf kimi Rusiya da iştirak etməkdədir. Təbii ki, Rusiya hər zaman olduğu kimi məsələyə müdaxilə edəcəkdir.

Əlavə edək ki, tərəflər danışıqların müsbət keçdiyini qeyd edir. Tərəflər gələcəkdə görüşlərin qeyd – şərtsiz olması barəsində razılığa gəliblər. Hələlik bu kimi görüşlərdə tez nəticə almaq çətin olur və üstəlik də ortada Rusiya maraqları olduğu bir yerdə.

Bu, regionumuz üçün çox önəmli görüşlərdən biri olsa da, nəticə olacağı inandırıcı görünmür. Burda əsas məsələ Ermənistanın deyil, Rusiyanın maraqlarıdır. Türkiyənin Ukraynaya verdiyi dəstəyə görə, dəfələrlə narazılığını dilə gətirən Kreml rəhbərliyi ola bilsin ki, rəsmi Ankaraya şərt irəli sürsün.
Nümunə olaraq İran və Şimali Koreyanı göstərə bilərik ki, Ermənistan və Türkiyə məsələsi də bu cür uzana bilər. Yəni orada olduğu kimi, Rusiyanın maraqları qaçılmazdır.

Lakin uduzan tərəfin Ermənistan olacağını əminliklə deyə bilərik. Sadəcə olaraq, 30 il Azərbaycan torpaqlarını Rusiyanın köməyi ilə işğalda saxlayan Ermənistan, vacib müqavilələrdən kənarda qaldığı kimi, bu gün də böyük “İPƏK YOLU” layihəsindən kənarda qala bilər.

Beləliklə, seçim Ermənistanın öz əlindədir. Əgər razılıq əldə olunmasa, Ermənistanda bir neçə il, iqtisadi tənəzzül gözlənilə bilər. Yenə də Rusiyadan ehtiyat etmək, əsasən Ermənistanın üzərinə düşməkdədir.

Xatırladaq ki, bu vacib görüşdə Türkiyə tərəfindən illərdir Amerikada səfir işləmiş Sərdar Kılıç, Ermənistan tərəfdən isə, Türkiyə meyilli Ruben Rubinyan təmsil olunmuşlar.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın