Türkiyə – Azərbaycan pilotları Bosfor boğazından Yunanıstana mesaj göndərdi?

 

Bir neçə gündür ki, Azərbaycan və Türkiyə hərbçiləri birlikdə təlimlər keçirməkdədirlər. Bu təlimləri NATO, Rusiya texnologiya və taktikasının sintezi kimi də qiymətləndirmək olar. Əsas diqqət çəkən məqam isə Azərbaycan və Türkiyə hərbi döyüş təyyarələrinin Bosfor boğazı səmasında görünməsidir. Təlimlər bir qardaşlıq rəmzi kimi qeyd edilsə də, digər siyasi xarakter də daşıya bilər.

Söhbət son vaxtlar Amerika ilə ittifaq quran Yunanıstana cavab kimi siyasi bir mesajdan gedir. Bu yaxınlarda Vaşinqton və Afina gizli olaraq müdafiə sahəsində bəzi razılığa gəlmişdir. Təlimlərdə, əsasən, hücum təyarələrinin iştirakı yunanları qorxuya salmışdır. Bəzi yunan ekspertləri Türkiyə – Azərbaycan təlimlərini təxribat adlandırmışdır. Maraqlısı budur ki, bir neçə həftə əvvəl Amerika və Yunanıstan Türkiyə ilə sərhəddə olan adalarda təlimlər keçirmişdir. Təəssüf ki, bəzi dövlət xadimləri öz əməllərindən deyil, başqasının əməllərindən danışmağı çox xoşlayırlar. Təbii ki, yunanların bu təlaşı anlaşılandır, çünki qarşısındakı ölkə dünyadakı güclərdən biridir.

Xatırladaq ki, rəsmi Ankara təlimlərin Türkiyədə keçirilən “Texnofest 2021″ festivalına görə keçirildiyini qeyd etmişdir. Şahinlərin uçuşu zamanı Türkiyə səmalarında” F-16,” “F-4,” “MİQ-29” kimi hərbi təyyarələr görünməkdədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın