Türkiyə amili: Şahzadə Salman bin Məhəmmədin Co Baydenə cavabı çox sərt oldu…

Bildiyiniz kimi Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Səudiyyə Ərəbistanında rəsmi səfərdə olmuşdur. Səfər zamanı Səudiyyə Kralı Ədüləziz bin Salman və onun vəliəhdi Məhəmməd bin Salman Amerika liderini qəbul etmişdir.
Bu görüşün əsas məqsədi ikitərəfli əlaqələrin genişləndirilməsi olsa da, hər şey Co Baydenin istədiyi kimi baş tutmamışdır.

Bir müddət əvvəl yazılarımızda sizlərə qeyd etdiyimiz kimi, Səudiyyə Ərəbistanının Amerikadan üz döndərərək Türkiyə yolunu üstün tutması, rəsmi Vaşinqtonu narahat etmişdir. Kral gələcəkdə öz vəliəhdini siğortalamaq üçün Türkiyəni seçdiyini də sizlərə bildirmişdik.

İki ölkə arasında baş tutan görüş zamanı da, tərəflər arasında gərginliyin olduğu açıq – aydın sezilirdi. Hətta Co Baydeni hava limanında qarşılamayan kral ailəsi Amerika liderinə olan münasibətini göstərmiş oldu.

Digər tərəfdən bilirik ki, Səudiyyə Ərəbistanı hər il yüz milyardlar dəyərində Amerikadan silah almaqdadır. Yəməndə qalxan üsyana qoşulan Kral ölkəsi həmin silahların effektiv olmadığını anladı. Yuxarıda qeyd etdiyimiz faktlar görüşdən əvvəl yaranan iki ölkə arasındakı narazılıqların başlanğıcıdır.

İndi isə, keçək görüş zamanı olan etirazlara; Bilirik ki, Türkiyə Səudiyyə Səfirliyinin içində öldürülən jurnalist Camal Qaşıqçı Amerika üçün illərdir davam edən təzyiq rıçaqlarıdır. Bu görüşdə də, Co Bayden Qaşıqçı məsələsini ortaya ataraq Kral ailəsini təhdid etmək istərsə də, qarşılıqlı cavabı sərt oldumuşdu. Bu dəfə Amerikanın ssenarisi boşa çıxdı deyə bilərik.

Əvəzində Səudiyyə Ərəbistanı Şahzadəsi Salman bin Məhəmməd Co Baydenə İraq müharibəsinin yanlış olduğunu bildirdi. Bu isə tarixində ilk dəfə olaraq, Kral ailəsi tərəfindən Amerikalı müttəfiqlərinə verilən tarixi sərt cavab idi.
Görünür, Amerika Səudiyyə Ərəbistanından istədiyini ala bilmədi. Onları şantaj etsə də cavabı sərt verildi.
Qeyd edək ki, Şahzadənin Co Baydenə verdiyi cavabda Türkiyənin rolunun böyük olduğunu deyə bilərik.
Artıq Səudiyyə Ərəbistanının dünyada güvəndiyi yeni bir güc Türkiyə və Türk dünyası olduğunu demək olar. Bu dəstək nəticəsində Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatlarına kim olduqlarını xatırlatdı.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın