Türkiyə şəxsi heyyətini Azərbaycana göndərdi

Qardaş Türkiyə Azərbaycana dəstək üçün işğaldan azad edilmiş ərazilərimizdə minaları təmizləyəcək əsgəri mütəxəssis qrupu göndərmişdir. Türkiyə Quru Qüvvələrinin Xüsusi Mina Axtarma Təmizləmə qrupu ÖMAT-ın şəxsi heyyəti 136 nəfərdir. Türk mütəxəssislər ANAMA ilə birlikdə işləyəcəklər. Türkiyə Azərbaycana göndərdiyi şəxsi heyyətlə birlikdə müasir mina təmizləmə aparatları da göndərmişdir. Türkiyənin göndərdiyi aparatların arasında özü yeriyən mina təmizləmə aparatları da var . Bu dəstəyə görə qardaş Türkiyəyə minnətdarlığımızı bildiririk.
Müharibə bitdikdən sonra mülki əhali və əsgərlərimiz arasında minaya düşənlərin xəbərini demək olar ki, hər gün alırıq.

Təəssüflər olsun ki, qəhrəman əsgərimiz Ağayev Asəf Abid oğlu dünən Xocavənd istiqamətində minaya düşərək şəhid olmuşdur. Ümid edirik ki, Türkiyə və Azərbaycanın minatəmizləmə qrupları tez bir vaxtda işğaldan azad olunmuş torpaqlarımızın hər qarışını minalardan təmizləyəcəklər.

Mikayıl Əsədov.

Bunu paylaş: