Türk hərbi ekspertlərin Qarabağ barəsində olan fikirləri

 

Türkiyənin KİV -ri və hərbi ekspertləri Dağlıq Qarabağa dair yeni açıqlamalar verirlər. Son vaxtlar Ermənistanda hər kəs – böyükdən kiçiyə kimi Qarabağda yenidən müharibəni başlatmaq barəsində fikirlər səsləndirir. Türkiyəli hərbi ekspret Abdullah Ağar yeni açıqlama verərək müharibənin başlama ehtimalının böyük olduğunu bildirmişdir. Abdullah Ağar bir daha qeyd etmişdir ki, yeni müharibə olsa, o vaxt Ermənistan tərəfi bölgələrə başqa dövlətləri də cəlb etmək istəyəcəkdir. Onun sözlərinə görə, Ermənistan bunu etmək üçün tək Qarabağdan deyil, Azərbaycanla sərhəd olan başqa bir yerdən də hücum edə bilər.Yəni bir neçə ay bundan əvvəl Tovuz istiqamətində hücum edən Ermənistan ,belə bir vəziyyəti təkrarlaya da bilər.

Lakin ermənilər anlamalıdır ki, bu dəfə müharibədə bir başa Türkiyəni qarşılarında görəcəkdir. Bu isə həm Ermənistana, həm də bu məsələyə qarışan dövlətlərə böyük problemlər yaradacaqdır. Nikol Paşinyanın yaxın ətrafı isə bir gün əvvəl ictimaiyyətə verdiyi açıqlamalarda ,qeyd etmişdir ki , erməni xalqı bu fikirlərdən yayınmalıdır.Yoxsa yeni müharibə baş versə, Ermənistan yer üzündən silinə bilər.

Türkiyəli hərbi ekspert bunu da vurğulayıb ki, ola bilər ki, hətta üçüncü dünya müharibəsi də baş versin.
Bir müddət əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu barədə Ermənistana bir daha xəbərdarlıq etmişdir. Ermənilər öz övladlarını döyüşə göndərmək istəmədiyi bir halda, necə yenidən döyüşlərə başlaya biləcəkləri isə çox müəmmalıdır.

Mikayıl Əsədov.

Bunu paylaş: