Türk əsilli Boris Consonun buraxdığı səhvlər siyasi karyerasına böyük zərbə vurdu

İngiltərənin Baş Nazirinin istefası son günlər dünya mediasınun gündəmini zəbt etmişdir. Boris Conson çalışdığı müddətdə buraxdığı səhvlər onun bu vəzifədən getməsinə səbəb oldu. Əsasən də pandemiya zamanı qanunlara əməl etməməsi İngiltərədə gündəm olmuşdur. Çoxları Boris Consonun sosial həyatında baş vermiş hadisələrin onun siyasi karyerasına zərbə vurduğunu deməkdədir.

İngiltərənin baş nazirinə əsas zərbə isə, nazirlərdən gəlmişdir. Ard-arda verilən istefalar Consonu siyasi karyerasına son qoymağa məcbur etdi.
Yuxarıda qeyd etdiklərimiz, əsasən İngiltərə və dünya mediasına istinad edilməkdədir.

İstərdik ki, Boris Consonun istefasının səbəblərini sizlərlə bir daha araşdıraq. Düzdür, İngiltərə tarixində belə hallar çox olmuşdur.
Güman edilir ki, zadəganların baş nazirinin istefası, Türkiyədir və onlara qarşı tutduğu mövqedir.. Türk əsilli olması, son zamanlar Böyük Britaniya və Türkiyə arasında inkişaf edən əlaqələr bəzi qüvvələri narahat etməyə başlamışdır. Əsasən də Avropada Fransanın mövqeyini sıxışdıraraq liderlikdən çıxarması, Consonun Siyasi gələcəyini sual altında saxladı.

Bir neçə ay bundan əvvəl Avstraliya ilə bağlanan 200 milyard dollardan çox olan sualtı gəmi müqaviləsinin Fransızlardan alındığını da bilirik. Bu işdə Boris Consonun böyük əməyi olmuşdur.
Üstəlik də Ukrayna məsələsi ilə bağlı Rusiyaya qarşı sərt mövqe tutması onun işinə təsir edən əlamətlərdəndir.

Bir sözlə, bu gün Boris Consonun istefa verməsinə ən çox sevinən Rusiya olduğunu da deyə bilərik. Görünür, onu istefaya göndərmək üçün Rusiya və bəzi dövlətlərin lobbilərindən İngiltərə hökumətinə böyük təsirlər göstərilmişdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın