Tülkü həccə gedib, buna deyərlər…

 

Bu günlərdə Qafqaz Müsəlmanlarının Şeyxi Allahşükür Paşazadə, müharibə dövründə baş vermiş bəzi problemlərə öz iradını bildirmişdir. Şeyxin sözlərinə əsaslansaq, sonuncu Qarabağ müharibəsi zamanı ölkə daxilində və xaricində Azərbaycanın qələbəsinə xələl gətirməyə çalışmışlar. Allahşükür Paşazadənin sözlərinə görə bu cür insanlar xarici qüvvələrin təsiri altıda Azərbaycan əsgərini gözdən salmaq istəyirmişlər. Şeyx bu cür insanlara çağırış edərək bildirmişdir: “siz də bu torpağın, bu xalqın bir üzvüsünüz”. Yəqin Paşazadə bu çağırışı haqqını və hüqularını tələb edən kasıb əhaliyə söylənmişdir.

Şeyxə sadəcə bildirmək istərdik ki, müharibə zamanı bütün siyasi partiyalar və şəxslər Azərbaycan əsgərinin yanında birləşərək, ordumuza dəstək nümayiş etdirmişdir. Paşazadə əgər doğurdan da, haqqı görən insandırsa, niyə məmurlara müharibə dövründə çağrış etmədi? Qarabağ döyüşləri zamanı niyə bir nəfər də olsun məmur, deputat, icra başçısının uşaqları və yaxud yaxınları bu döyüşdə iştirak etmədi? Qafqazın Şeyxi niyə bu barədə hakimiyyətə çağırış etmədi?


Allahşükür Paşazadə illərdir ki, Azərbaycanın və Qafqazın dini lideridir və vəzifəyə təyin olunduğu bu günə kimi ölkədə haqsızlığa qarşı bir kəlmə də etirazın bildirməmişdir. İnanın ki, belə bir hakimiyyətin bu cür də “Dini lider” – i olar.

Mikayıl Əsədov.

Bunu paylaş: