TÜRK DÜNYASININ ƏLAQƏLƏNDİRİCİSİ ƏNVƏR BÖRÜSOY VƏFAT EDİB

Milli Azadlıq Hərəkatının iştirakçısı, Türk Dünyasının tanınmış
uzmanlarından biri, Azərbaycanın Türk Dünyası üzrə həqiqi
əlaqələndiricisi, dəyərli tədqiqatçı, gözəl insan Ənvər Börüsoy
bizləri tərk edib, Haqqa qovuşmuşdur.
Ənvər bəyi Azərbaycan İctimaiyyəti Uyğur, Krım,
Ahıska, Qaqauz, Noğay, Kumuk, Qaraçay, Çuvaş
Türklərinin, bölünmüş Azərbaycan Türklərinin və bütün
Türk qövmlərinin tarixi problemlərinin tərcümanı və
təqdimatçısı kimi yaxşı tanıyır.
Ənvər bəy Türk xalqlarının tarixi əlaqələrini və birliyini
Azadlıq Hərəkatlarını, Azərbaycan cəmiyyətinə təqdim edən
möhtəşəm və həqiqi əlaqələndirici idi.
Seçdiyi, sevdiyi Yolda yorulmadan, son nəfəsinə qədər
çalışan Ənvər bəyi unutmamaq, onun həyatını, fəaliyyətini
təbliğ etmək bütün Milli Dava Qardaşlarının müqəddəs borcu
və vəzifəsidir.
Ruhu şad, məkanı cənnət olsun!
ALLAH ailəsinə və Ənvər bəyi sevənlərə səbr versin!

Klassik Xalq Cəbhəsi Partiyası

Azərbaycan Xalq Hərəkatı

Bakı şəhəri. 29 Yanvar 2021-ci il.

Bunu paylaş: