Stepan Qriqoryan: Beynəlxalq aləm bizdən bunu tələb edir…

Erməni politoloq Stepan Qriqoryan son vaxtlar Qərbdə Azərbaycanı müdafiə edənlərin çoxaldığını bildirmişdir. O, son vaxtlar beynəlxalq konfransda, əsasən də Brüssel toplantıları zamanı Ermənistan rəhbərliyinə Azərbaycan torpaqlarından çıxmaları kimi şərtlər qoyulduğunu qeyd edir. Stepan Qriqoryan qeyd edir ki, dünya ictimaiyyəti bizə: “30 il işğalçılıq etdiniz, bəsdir!”,- kimi sözləri çatdırmaqdadırlar. Erməni siyasətçi qeyd edir ki, maraqlısı Azərbaycanın torpaqlarından çıxmağımızı tələb edənlər arasında Ermənistana yaxın dost olan şəxsiyyətlər də vardır.

Görünür, ermənilər anlamağa başlamışlar ki, dünya onların yalanlarından xəbərdardır. İllərdir hər kəsi aldatmağa çalışsalar da, bu, baş tutmadı.
Stepan Qriqoryan bunu İlham Əliyevin beynəlxalq siyasətinin nəticəsi olduğunu bildirmişdir.


Bəli, müəyyən cizgilərdə İlham Əliyevin qaz-neft siyasəti öz gücünü göstərməkdədir. Lakin nəzərə alaq ki, 30 il əvvəl olan siyasi baxışlar indikindən qat-qat fərqlidir. Bu gün hər məsələ diplomatik, tarix faktlar və gerçəkliklə həll olunmaqdadır.

Beləliklə, Qriqoryan erməni xalqına çatdırmaq istəyir ki, vəziyyət dəyişib və bizə yaxın dostlar da bizi işğalçı kimi tanınmaqdadırlar. Bir sözlə, necə deyərlər :”yalan ayaq açar, amma yeriməz”. Beləliklə, tarixi faktlar Ermənistanı məğlubiyyətə uğratdığını görürük.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın