“SPUTNİK Azərbaycan” nın redaktorları niyə istefa verdilər?

Azərbaycanda yayımlanan “Sputnik – Azərbaycan” rus dilli versiyasının redaktorlarının kütləvi istefası baş vermişdir. Buna səbəb Rusiya Müdafiə Nazirliyinin yaydığı saxta və şər-böhtan məlumatın redaktorlar tərəfindən paylaşılmamasıdır.

Etiraza səbəb Azərbaycanın 3 avqust tarixində baş vermiş “Qisas” əməliyyatıdır. “Sputnik Moskva” rəhbərliyi Azərbaycanda fəaliyyət göstərən nümayəndələrindən “Qisas” əməliyyatının səbəbkarının Azərbaycan olduğunu göstərmələri tələb edilib. Bununla da 4 nəfər redaktor heyəti: Zülfiyyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və Gülzar Mustafayeva istefa vermişlər. Burada Azərbaycanın haqlı mövqeyini qoruyan xanımlarımıza minnətdarlığımızı bildiririk.

Qeyd edək ki,” Sputnik” rəhbərliyi dəfələrlə ölkəmizə qarşı qərəzli mövqedən çıxış etmişdir. Hətta adı çəkilən media orqanının Azərbaycanda bağlanması fikirləri də yayılmışdır. Lakin sonradan Rusiya rəhbərliyi araya girərək ermənilərə məxsus xəbər portalının Azərbaycanda yayımının dayandırılmasının qarşısını almışdır.

Bilirik ki, Rusiyanın mətbuat orqanlarının 90 faizi ermənilərin əlindədir. Bu səbəbdən dəfələrlə Azərbaycana qarşı şimal qonşularımızın mövqeyini görmüşük. Bu gün də Marqarita Simonyanın maliyyələşdirdiyi “Sputnik” informasiya agentliyindən qeyri-adi bir şey gözləmək də lazım deyildir. Nə olursa olsun, erməni bu işin içindən öz xislətini bizə qarşı göstərcəkdir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın