Sovetlər Birliyinin sabiq müstəntiqi Vladimir Kaliniçenko, ermənilərin azərbaycanlılara qarşı təxribatlarını açıb dedi

 

Sovetlər Birliyinin Baş Prokurorluğunun sabiq müstəntiqi Vladimir Kaliniçenko Azərbaycan və Ermənistan arasında illər əvvəl baş vermiş konfliktin sirlərini açdı. O, ermənilərin illərdir dünyaya car çəkərək guya azərbaycanlılar tərfindən öldürülməsini yalan adlandırmışdır. Sabiq müstəntiq bu konfliktin içində olduğunu qeyd edərək bildirmişdir ki, hətta azərbaycanlılar erməniləri gizlətmiş və Azərbaycanı tərk etməyə kömək etmişlər. Lakin ermənilər isə, Ermənistanda azəbaycanlılara qarşı amansızlıqla, qəddar davranmışlar. Vladimir Kaliniçenko qeyd etmişdir ki, mən hər iki tərəfə vaxtilə çoxsaylı səfərlər etmişəm və kimin kim olduğunu çox yaxşı bilirəm.

O, bu hadisələrin 1987 – ci ildə, Sovetlər Birliyinin o vaxtkı lideri Mixail Qorbaçovun yanında olan, Zori Balayan, Silva Kaputikyan və Qalina Staravoytovadan sonra başladığını demişdir. Vəziyyət ondan əvvəl ermənilərin yaratdığı plan əsasında gedirdi, lakin bu görüşdən sonra Qarabağda müharibə qızışmağa başladı. Zori Balayan və Silva Kaputikyan Qorbaçovdan, Qarabağı Ermənistana birləşdirilməsini tələb edirdilər. Qorbaçov da bununla razılaşmışdı. Bununla da ermənilərin azərbaycanlılara qarşı təxribatları sürətləndi, Qorbaçovun bu qərarı onların imkanlarını genişləndirdi.

Vladimir Kaliniçenko qeyd etmişdir ki, mən Ermənistanda səfərdə olduğum zaman, onlar mənim kim olduğumu bilərək mənə suallar verirdilər. Ermənilər guya Qarabağda onlara aid ana dilinin olmaması və heç bir hüquqa malik olmadıqlarını qeyd edirdilər. Mən isə Qarabağda dəfələrlə olduğum üçün, onlara cavab verirdim:– Sizin dediyiniz yerlərdə, bütün yazılar rus və erməni dilindədir, Azərbaycan hakimiyyətinin 40 faizi, Qarabağda isə bütün partiya və komitə rəhbərləri erməniəsillilər olmuşdur. Bu səbəbdən onların mənə daha cavab vermələrinə sualları olmurdu.

O, sonda əlavə edib ki, azərbaycanlılar ermənilərə inanırdılar və o da onların sadəlövhlüklərindən irəli gəlir. Kimsə Azərbaycanla Ermənistan arasındakı kofliktin necə və kim tərəfindən başlandığını bilmək istəyirsə, bu məqaləmi oxuya bilər. Ən azından 1979- cu ildən hər iki dövlətlə birgə işləmişəm, hər şeyin də canlı şahidi olmuşam.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın