SOS!!! SOS!!! SOS!!! Azərbaycan xalqına müraciət

Hörmətli həmvətənlər!

İlham Əliyev satqındır, xəyanətkardır. Ermənistanla sülh sazişi imzalanmasını

İlham Heydər oğlu Əliyevin ixtiyarına buraxılması Azərbaycana qarşı ən ağır cinayətdir.

Azərbaycanın dövləti və dövlətçiliyi, müstəqilliyi üçün real təhlükə yaranmışdır. 30 ilə yaxın bir müddətdə ölkədə hakimiyyəti mənimsəmiş Əliyevlər bütün bu illər ərzində dövlətin  onurğa sütunu korrupsiya və rüşvətdən ibarət olan antimilli, antixalq və cinayətkar bir rejim qurmağa müffəq olmuşlar. Kökləri Heydər Əliyevin keçən əsrin 50-ci illərindən başlayaraq həyata keçirdiyi antimilli siyasətdən rişələnən rejim mövcud rejim xalqın etibarından sui-istifadə edərək faktiki olaraq bütün dünyaya yayılmış cinayətkar şəbəkə yarada bilmişdir. Keçən əsrin 90-cı illərində SSPİ-nin süqutu nəticəsində yaranmış münbit şəraitdən özünəməxsus hiyləgərliklə istifadə edən ata Əliyev ölkədə hakimiyyəti dövlət çevrilişi yolu ilə ələ keçirmiş və seçki adı altında tamaşalar təşkil etməyi bacarmışdır.Ölümü ərəfəsində ölkədə qurmuş olduğu cinayətkar rejimin başına bütün mənfi keyfiyyətləri özündə etva edən oğluna ötürmək üçün hakimiyyətə iddialı ola biləcəklərini düşündüyü çoxsaylı insanları, tarixi şəxsiyyətləri, əhali arasında nüfüzlu olanları, dünya miqyasında tanınanları məhv etmiş, digər bir qrupunu isə barmaqlıqlar arasına basdırmışdır.

“Əsrin kontraktı” adı altında dünya miqyasında karbohidrogen ehtiyatlarını özünün inhisarına götürmüş şirkətləri Azərbaycana gətirmiş ata Əliyev ölkə neftinin və qazının onların xətti ilə xaricə çıxarılmasını təşkil etmiş və bu sərvətlərin faktiki olaraq talan edilməsinin bünövrələrini qoymuşdur.Ucu-bucağı görünməyən bu şəbəkənin məqsəd və məramının xalqdan uzun müddətə gizlədilməsinə nail olmaq üçün ermənilərlə iş birliyi qurulmuş, ölkə torpaqlarının 20 şairinə yaxınınının işğalına şərait yaradılmışdır.Bütün bunların ört-basdır edilməsi ağılasığmaz məkrli siyasətin həyata keçirilməsinin təmin edilməsi üçün bütün bu cinayətlərin xalqın ehtimadını doğrultmamış cəhbə hakimiyyətinin ayağına yazılması üçün nəhəng təbliğat maşınını isə buraxılmış və çirkin niyyətinə nail olmuşdur. Çox təəsüflər olsun ki, bunun arxasında hansı məkrli məqsədlərin dayandığını çox az adam başa düşmüşdür.

Oxucuların yaddaşlarını təzələyərək onu qeyd etmək istəyirəm ki, mən son yeddi il ərzində ölkədə baş verənlərlə bağlı düşüncələrini onlarla bölüşmüşəm və bu gün onları təkrar etməklə vaxt almaq istəyim yoxdur.

Bir cümlə ilə mənim sözün əslmənasında rahatlığımın ərşə çəkilməsinə səbəb olmuş mövcud durumu xarakterizə etmək istəyirəm.

Bakıda keçirilən qlobal forumda İlham Əliyevin biz sülh sazişinin imzalanmasına hazırıq. Bu barədə bir il bundan əvvəl qarşı tərəfə təklif vermişik. Amma cavab almamışıq. Bu deyimin heç bir məsuliyyət yükü hissi olmayan, heç kimin inanmadığı və etibar etmədiyi İlham Əliyev tərəfindən səsləndirilməsi mənə belə bir qənaətə gəlməyə və bütün Azərbaycansevənlərə təxirə salmadan müraciət etməyə sövq etdi.

 

Çox hörmətli qardaşalr və bacılar!!!

İlham Əliyevin mövcudluğunun ölkə, dövlət və xalq üçün real təhlükə olduğunu biz hər birimiz öz gözlərimizlə görürük. Hər gün onun özünün və yaxın ətrafında toplamış olduğu əclafların cinayətlərinin yeni-yeni qatları açılır. Normal adam hazırda axşan yatarkən arzu edir ki, səhər ayılmasın. Çünki ilk eşidəcəyi informasiya İ.Əliyevin özünün şəxsən, ailə üzvlərinin, nazirlərinin, deputatlarının, komitə sədrlərinin, prokurorlarının, hakimlərinin və s. və i.a. yeni-yeni, talanlarının, oğurluqlarının üstünün açılması barədə olacaqdır.

“Tərtər hadisələri” şərti adı almış, çox müdhiş hadisələrlə bağlı indi hər bir evdə, hər bir küçədə, məhəllədə, kənddə, şəhərdə söhbətlər, sosial şəbəkələr necə deyərlər gur-gur guruldayır. Təkcə İlham Əliyevdən səs çıxmır. Lal daş olaraq dərin quyunun dibinə çökmüşdür. Hərdən kağızlarındaüzərinə arvadı kimi qeydə alınmış, həqiqətdə isə cinayət şəriki olan Mehribanla xalqa, dövlətə, dövlətçiliyə və millətə xəyanət edərək Putinin köləsi kimi özünü göstərərək cəsur döyüşçülərimizin hücumunu dayndıraraq, erməniləri xilas etdiyi ərazilərə gedir. Orada lentə aldırır və qayıdaraq, muzdlu kütləvi informasiya vasitələrində öz piyarını davam etdirir.

İndi də utanıb-ölmədən bütün dünyaya car çəkir ki, biz ermənilərlə sülh sazişinə hazırıq. Xalq da ağzına su alıb durur. Heç kim buməhsuliyyət hissi olmayan adamdan soruşmur ki, o, hansı sülh sazişindən danışır və o sazişin heç olmazsa layihəsini Azərbaycanda kimsə görmüşdürmü?

İlham Əliyev yəqin ki, noyabrın 9-da etdiyi hərəkəti yenə təkrar etməklə  bu dəfə artıq ölkəni bütövlükdə Putinə hədiyyə etmək fikrindədir.

Bu barədə danışmağa bu ağılsızı, axmağı dayandırmağa borclu olan Milli Məclisdə tam sakitlikdir. Özlərini müxalifət kimi xalqa sırıyan dırnaqarası siyasətçilər isə İlhamdan daha yağlı pay olacaqları ümidi ilə növbələrini gözləyirlər.

Xalqa təklifim:

Bu ölkəni sevən, onu özünə vətən hesab edən və öz övladlarının gələcəyi üçün məsuliyyətini dərk edən hər kəs aktiv mübarizədə öz yerini müəyyənləşdirməli və hərəkətə keçməlidir.

Siyasi partiyaların yerlərdə olan təşkilatları hər biri öz iclasını keçirməli bitərəfləri də geniş iştirakı təmin edilməklə konkret qərarlar qəbul edərək Konistitusiya Məhkəməsinə, Milli Məclisə, Mərkəzi Seçki Komisiyasın partiyaların mərkəzi orqanlarına, xaricdə fəaliyyət göstərən blogerlərə, Azər Freeduma və s. göndərsinlər.

 

Protokol nümunəsini təqdim edirəm:

 

  Şəhəri(kəndi)  

      (yer)                                                                (par.adı)

İl təşkilatının iclasının protokolu.

İştirak edərlər:

– partiya üzvləri: _____ nəfər

– bitərəflər: _________ nəfər

– digər ictimai qurumlar _______nəfər

– digər siaysi partiyanın üzvləri______nəfər

 

 

Dinlənildi: 1993-cü ildə Azərbaycan Respublikasında hakimiyyət 1969-cu ildən etibarən bu ölkədə hakimiyyəti ələ keçirərək xalqa qarşı ağır cinayətlər etmiş (116 cinayət hadisəsi üzrə istintaq tam başa çatdırılmışdır) Heydər Əliyev respublikada fəaliyyət göstərən cinayətkar şəbəkənin köməyi ilə ələ keçirdi və diktatura rejimini qurdu. O, ölərkən tam qeyri-qanuni yolla hakimiyyəti oğlu İlham Əliyevə ötürdü. Bütün şəxsi keyfiyyətlərinə görə(narkoman, qumarbaz, əxlaqsız, oğru, talançı və s. və i.a) mənfi imic daşıyıcı olan gənc diktator dövlətin idarəçiliyini V.V. Putinin ixtiyarına buraxaraq özü genişmiqyaslı talanlarla məşğul olmağa başladı. Keçən 30 il ərzində ölkə torpaqlarının düşmən tapdağından azad edilməsi üçün konkret fəaliyyət göstərilməmişdir. Məcburi köçkünlərin problemlərinin həlli adı altında külli miqarda dövlət vəsaiti talanmış və onun əhəmiyyətli bir hissəsi V.Putinə rüşvət formasında çatdırılmışdır. Rejim ölkədə törətdiyi cinayətləri ört-basdır etmək üçün çoxsaylı Avropa siyasətçilərini pulla satın almışdır. Bütün bu faktlar ifşa edilmişdir. Avropalılar və Azərbaycanlı deputatlar məhkəmələr vasitəsi ilə uzun müddətlərə azadlıqdan məhrum edilmişlər. Azərbaycanlı dseputatalar İlham Əliyevin təlimatını icra etdikləri üçün onun tərəfindən cəza çəkməkdən gizlədilir və Avropaya təhvil verilmir. Bütün bunlara görə isə ölkə böyük miqyaslı itkilərə məruz qalır.

Ölkə daxilində baş verən biabırçılıqlar bütün mümükün olan hədləri aşmışdılar. Milli Məclis müxtəlif ölkələrin (əsasən düşmən) kəşfiyyatlarının sifarişi ilə İ.Əliyev tərəfindən formalaşdırılmışdır. Seçki sistemi cinayətkar şəbəkəyə çevrilmişdir. On minlərlə insana saxta seçki protokollarına imza atdırırlar. Ölkə artıq tam krminallaşdırılmışdır. Bütün kütləvi informasiya vasitələri, televiziyalar hakim ailənin sərəncamındadır. Hamısına dövlət vasiti ödənilir. İ.Əliyevin ölkədə və onun sərhədlərindən kənarda killerlər ordusu fəaliiyət göstərir. İ.Əliyevin mühafizəsinin rəisi Bəylər Eyyubov kriminal ordu saxlayır. Bütün bunlara hər ay milyon AZN-lə hesablanan vəsait xərclənir. Sərvətləri bütün dünyaya dağıdılan ölkədə ehtiyac içərisində yaşamağa məcbur olan ailələrə verməyə “uşaq pulu” tapılmır. Canını və sağlamlığını Vətən müharibəsində qurban verənlərin ehtiyaclarının qarşılanması üçün hakimiyyət maliyyə vəsaitinin olmadığını bildirir.

Bunun fonunda məlum olur ki, Əliyevlərin özlərin xarici ölkələrdə ümumi dəyəri 200 (iki yüz) milyard dollardan artıq olan daşınan və daşınmaz əmlak vardır.

Ölkədə mövcud olan bütün hüquq-mühafizə orqanları yüzdə-yüz faiz kriminallaşdırılmışdır. Hazırda polis, DTX vətəndaşlara qarşı misli görünməmiş cinayətlər törətməklə hakim ailəni və özlərini xalqın qisasından qorumaqla məşğuldur. İ.ƏliyevOrduya qarşı edilən cinayətlərə görə şəxsən məsuliyyət daşıyır və bütün ciddiliyilə cavab verməlidir.

Qeyd olunanları və yazılarla insanları yormaq istəyimin olmadığını nəzərə alaraq aşağıdakıları təklif edirəm:

Yerlərdə iclaslar keçirilsin və müvaffiq protokollar tərtib edilərək dərhal elektron versiyada, 3 gündən gec olmayaraq kağızda yazılmış formada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Mərkəzi Seçki Komissiyasına, Prezident Aparatına və s. göndərilsin.

 

 

 

 

İclasların  qərarlarına aşağıdakıların daxil edilməsi zəruridir:

 

  1. Azərbaycan Respublikasında hazırda mövcud olan rejimin fəaliyyəti ölkənin Konstusiyasına təhdid və təhlükə hesab edilsin. Seçki protokollarının saxtalaşdırılması nəticəsində hakimiyyəti mənimsəmiş İlham Heydər oğlu Əliyev qanundan kənar hesab edilsin. Ondan 01.12.2021-ci tarixindən gec olmayaraq Azərbaycan Respublikasının prezidenti vəzifəsindən könüllü formada istefa vermək tələb olunsun.
  2. Azərbaycan Respublikası Milli Məclisinə ölkədə keçid höküməti yaratmaq və 25 noyabr 2021-ci ildən gec olmayaraq özünü buraxmaq və ölkənin idarəçiliyini həyata keçirilməsi üçün 13 (on üç) nəfərdən ibarət ağsaqqal şürası yaradılması tərəb olunsun.

Yüzdə-yüx faiz kriminallaşdırıldığı nəzərə alınaraqAzərbaycan Respublikasında hazırda fəaliyyətdə olan məhkəmələr, prokurorluq və polis orqanları, dövlət təhlükəsizlik xidməti qanundan kənar hesab edilsin və buraxılsın.

Ölkədə keçid dövründə qanunçuluğun və əsayişin qorunması üçün könüllülərdən ibarət müvəqqəti xalq jandarmı yaradılsın.

  1. İlham Əliyevə, Milli Məclisdə, İcra hakimiyyətlərində aturanlara, Hüquq hühafizə orqanlarında çalışanlara təklif edilsin ki, oğurladıqlarını bir ay müddətində könüllü olaraq dövlət büdcəsinə qaytarsın.

İmzalar:

İclasa sədrlik edən:

Katib:

Qeyd:Hörmətli oxucular ölkənin astanasında olduğu real təhlükə bir vətəndaş kimi məni hədsiz narahat edir və sakitcə oturub baş verənləri soyuqqanlıqla müşahidə edə bilmirəm. Mənə bir məsələ tam aydındır ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasını İlham Əliyevə etibar edilməsi Azərbaycana qarşı ən ağır cinayətdir. O tarixə salınmadsan mənimsədiyi vəzifədən rədd edilməlidir.

Oxucularına dərin hörmət və sayğılarla:     Tahir Babayev

(055) 577-53-11

08.11.2021

 

Bunu paylaş: