Son xəbərdarlıq: Azərbaycan Zəngəzur istiqamətində ordu topladı

Azərbaycanın Zəngəzurun Qafan rayonunun Nerkin kəndindəki mövqelərə ordu çıxarması Ermənistanı təlaşa salmaqdadır. Azərbaycan tərəfi bunu normal hadisə kimi qeyd etdiyi halda, rəsmi İrəvan ordumuzun yenidən hüçuma keçəcəyi barəsində məlumat yayıb.
Azərbaycan tərəfi mövqelərə ordunu yığmaqla qeyd edir ki, Müdafiə Nazirliyinin göstərişinə əsasən bu proses icra olunmaqdadır. Bir sözlə, Ermənistanın təlaşı əzasızdır…

Məsələ ilə bağlı qeyd etmək istərdik ki, son vaxtlar İrəvanla Bakı arasında sərhədlərin delimitasiyası və demarkasiyası ermənilərin süni problemləri üzündən geçikməkdədir. 44 günlük müharibədən iki ilə yaxın vaxt keçsə də, hələ də tərəflər ortaq məxrəcə gələ bilməmişlər. Əslində bu danışıqlarda qalib tərəf kimi söz sahibi Azərbaycan olmasına baxmayaraq Ermənistan hələ də bölgədə ona verilən şansları dəyərləndirə bilmir.

Azərbaycanın Zəngəzur istiqamətində ordu toplaması rəsmi İrəvana, oradakı revanşistlərə və onların havadarlarına verilən ismarıcdır.

Bilirik ki, Zəngəzur mahalı 1920 – ci ildə Rusiyanın əli ilə Azərbaycandan oğurlanaraq Ermənistana verilmişdir. Bu gün ordumuz oğurlanmış Zəngəzurun qaytarılması üçün hər bir gücə qadirdir. Azərbaycan tərəfi açıq şəkildə 10 noyabr, beynəlxalq qanunlara və tarixə əsaslanaraq dədə-baba torpaqlarımızı Ermənistandan tələb etməkdədir.
Bir sözlə, Qafan istiqamətində cəmləşən Azərbaycan əsgəri hər zaman istənilən əmri canlarını qurban verməklə yerinə yetirməyə hazırdır. Görünür, Bakı İrəvana son şansı verib və necə deyərlər bıcaq sümüyə dirənməkdədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın