Son çıxış və növbəti siqnal.

Ölkə prezidenti İ.Əliyevin son çıxışı yenə müzakirə obyekti oldu. Belə ki , bu çıxışı gündəm edən məsələlərdən biri, hakim komandanın 3 vəzifəli şəxsinin adının çəkilməsidir. ,,Sokar”-Rövnəq Abdullayev, ,,Azal”-Cahangir Əsgərov və ,,Azərbaycan Dəmir Yolları”- Cavid Qurbanov. Köhnə komandadan olan üzvlər.Təbii ki, C.Qurbanov digər 2 şəxsə görə daha yenidir . Amma normal qaydalarla idarə olunan ölkələr üçün yetərincə köhnədir. Keçək mətləbə.Soruşula bilər, niyə bu 3 şəxs ? Öncə medaliyonun görünən üzündən danışaq.Hər üçü mediyada daha çox tənqid olunan,büdcədən ogurladıqları pullarla böyük biznes imperiyası quran , müxtəlif qalmaqallarda adı hallanan şəxslərdi. Amma bu yetərmi işdən azad edilmələrinə?Normalda əlbəttə ki. Nəzərə alsaq ki , bizdə heç bir şey normal deyil , demək başqa səbəblər də var.Çünkü illərdir hər kəs bu qanunsuzluqlardan danışır və bilir.Bəs niyə indi ? Başqa səbəblərə baxaq: Cavid Qurbanov hakim ailənin banklarından pul götürüb ,amma qaytarmayıb – bu ona verilən cəza ola bilər, Cahangir Əsgərovun yenə də hakim ailəylə qeyri – rəsmi qohumluq əlaqələrinin gündəmdən düşməməsi , Rövnəq Abdullayevin Mübariz Mənsimov işi ilə baglı əlaqələrin az qala bütün dünyada xəbər kimi yayılması . Mən burada Rövnəq Abdullayevin adını xüsusi qeyd edəcəm . Əgər önümüzdəki günlərdə və ya ayda ,,Sokar”dan uzaqlaşdırılacaqsa , demək Mübariz Mənsimovun Türkiyədə baş tutacaq məhkəməsində irəliləyiş olacaq və azad olunma ehtimalı var.
Ümumilikdə bu 3 vəzifə sahibinin işdən azad olunması, cəmiyyətdə iqtidaryönümlü kəsimin yaydıgı ,,Prezident yaxşıdı, ətrafı pisdir” fikrini möhkəmləndirmək üçün atılan addımlardan biri də hesab etmək olar. Onların deyimi ilə desək ,,islahat” davam edir . İ.Əliyev bu çıxışında 3 məmurun qələmini həqiqətənmi qırdı, yoxsa … ? Bunu artıq önümüzdəki günlərdə ,qismətsə , yaşayıb, görərik

Bunu paylaş: