Solovyovun bu üzrünə aldanmaq olmaz

Azərbaycanın qəti düşmənlərindən biri, erməni lobbisinin təsiri altında hərəkət edən rusiyalı aparıcı Vladimir Solovyov bu dəfə ölkəmizdən üzr istəməli olmuşdur. O, bir neçə gün bundan əvvəl öz verilişində Azərbaycanın Qarabağ bölgəsindən olan ermənini qondarma respublika nümayəndəsi kimi təqdim edərək, ölkəmizə qarşı təxribata əl atmışdır.
Çoxları Solovyovun qulağının çəkildiyini qeyd etsə də, bir tərəfdən əmin olmaq da düzgün olmazdı.

Rusiyalı aparıcının üzr videosu, sadəcə tipik Kreml siyasətinin bir hissəsidir. Hələlik Azərbaycanla, nədənsə, mehriban düşmən rolunda özlərini aparmaqdadırlar.

Əgər sabah Azərbaycan Rusiyanın hansısa şərtini qəbul etməsə, bu zaman rus kanallarında nələrin baş verəcəyinin şahidi olacağıq.
Solovyov və onun kimilər ölkəmizə qarşı yenidən küçə itləri kimi hürməyə başlayacaqlar.

Sonda qeyd etmək istərdik ki, Solovyovun bu üzr videosuna aldanmaq lazım deyil. Rusiya hər zaman Azərbaycana və xalqımıza qarşı düşmən mövqedən çıxış etməkdədir. Arada siyasətdə bu cür hadisələr baş verir. Unutmayaq ki, Azərbaycan nə qədər Rusiyaya dost gözüylə baxsa da, Kreml bizə qarşı həmişə düşmən gözü ilə baxmaqdadır!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın