SOCAR xalqın gəlirlərin gizlədir

Azərbaycan Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu ilin 9 ayının maliyyə hesabatını təqdim etmişdir. SOCAR-ın Azərbaycan büdcəsinə köçürdüyü, 9 ayın xalis pul hesabı 4.1 milyard manat olmuşdur. Bu gəlirlərin 2.8 milyard manatı daxili bazar gəliri, 1.3 milyard manat isə xarici bazar gəlirləri olmuşdur.
Araşdırmalarıma görə,burda şübhəli məqamlar vardır. Nəzərə alsaq ki, SOCAR -ın Türkiyə, Gürcüstan, Macarıstan Ukrayna, Rumıniya, İsveçrə və.s dünya dövlətlərində yüzlərlə yanacaqdoldurma stansıyaları vardır. Rövnəq Abdullayev daxili bazar dediyi zaman, əsasən xammal ( benzin və dizel ) satışını nəzərdə tutursa , bəs niyə dünyanın bir neçə olkəsindən gələn gəlirlərimiz ölkə bazarından 2 dəfə azdir? Rövnəq Abdullayevin SOCAR-ın xarici gəlirləri dollar və avro ilə hesablandığı vaxt büdcəyə manat ilə hesabat verməsi korrupsiyanın mütləq bir növüdür. SOCAR neft ucuzluğunu bəhanə edərək gəlirləri gizlətməyə çalışır. SOCAR-ın xarici beş ölkədən xalis gəliri 10 milyard manatdan çoxdur. SOCAR bu il yalnız İsveçrəyə 500 milyon manatdan çox vergi pulu ödəmişdir. Sonda bu səbəbdən Azərbaycanda məmur övladları luks həyat, xarici ölkələrdə yaşamaq, bahalı maşınlar və milyonluq saatlarla həyatlarını keçirirlər.

Əlavə məlumat üçün -Avropada benzinin qiyməti 1 avro 30 sentdən ,1 avro 55 sentə kimi dəyişir, dizel isə 1 avro 20 sentdən ,1 avro 35 sentə kimi dəyişir.

Mikayıl Əsədov.

Bunu paylaş: