Soçi görüşündə diqqət çəkən məqam…

 

Rusiyanın Soçi şəhərində prezident Vladimir Putin və Belarus prezidenti Aleksadr Lukaşenkonun görüşü baş tutmuşdur. Bu görüşdə iqtisadi, hərbi təhlükəsizlik, inteqrasiya və.s kimi məsələlər müzakirə edilmişdir. Əsas məsələ isə Lukaşenkonun Putindən maliyyə məsələləri üçün pul istəməsidir. Görünən budur ki, son prezident şeçkilərindən sonra Belarus xalqına divan tutan Lukaşenko Qərbin sanksiyalarının təsirini azaltmaq üçün Rusiyadan maliyyə köməyi istəyir.

Bu görüşdə diqqətimi çəkən bir məqam oldu, Putin Lukoşenkonu nümunə kimi göstərirdi. Bu nümunə isə Putin dikdə edirdi, Lukoşenko isə qorxaqcasına yazırdı. Bu mənzərə iki diktatorun görüşündə böyûk səs küyə səbəb oldu.

Lukaşenko Belarusiyanın həm şimal, həm də qərb sərhəddini bağlamaqla ölkəsini iqtisadi blokadaya salmışdır. Belarus xalqı hər gün şimal və qərb sərhəddi ilə Avropaya kənd təsərrüfatı malları göndərməklə keçinir. Bu yolların işləməsində böyûk problemlər yaranmaqdadır. Bəzi vətəndaşlar günlərlə sərhəddə gözləməli olurlar.

Qərbdən üz çöndərərək Rusiyanın qucağına gələn Belarusiya həm bu, həm də sanksiyaların üzündən böyük maliyyə sıxıntıları yaşayır. Soçidə baş tutan diktatorların görüşü Rusiyaya milyardlarla vəsaitə başa gələcəkdir. Yəni Belarus xalqını indiki durumdan xilas etmək üçün Putinin əli cibində olmalıdır.

Mikayıl Əsədov.

Bunu paylaş: