Soçi görüşü

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Rusiyada rəsmi səfərdədir. Rusiyanın Soçi şəhərində baş tutan görüşdə ikitərəfli məsələlər müzakirə olunmuşdur. Mövlud Çavuşoğlu Rusiyanın XİN Sergey Lavrovla birgə Liviya, Suriya ve Dağlıq Qarabağ məsələlərini müzakirə edəcəklər.

Çavuşoğlu mətbuata açıqlamasında qeyd etmişdir ki, bəzi məsələlərdə Rusiya ilə fərqli baxışlarımız olsa da , ikitərəfli münasibətlərimiz yüksək səviyyədədir. Türkiyə XİN bir daha qeyd etmişdir ki, əsas mövzulardan biri, Qarabağda atəşkəsə nəzarət mexanizmi və Azərbaycanın sərhəd təhlükəsizliyinin beynəlxalq hüquq çərçivəsində təmin olunmasıdır.


Bu səfərin ikinci bir tərəfi, son vaxtlar Türkiyənin Qərbin silah sanksiyaları ilə üzləşməsi də ola bilər. ABŞ – ın Türkiyəyə satışına qadağa qoyduğu döyüş təyyarələrinə, alternativ yol kimi rus döyüş təyyarələrinin əvəzlənməsi nəzərdə tutulur. Ruslar açıq etiraf edirlər ki, Türkiyə artıq super güc dövlətdir və regional məsələləri türklərlə həll etməliyik.

Mikayıl Əsədov.

Bunu paylaş: